Kuzma Andrianov () – rus kimyaçısı, SSRİ EA akademiki (1964), Sosialist Əməyi Qəhrəmanı (1969), SSRİ Dövlət mükafatı (1943, 1946, 1950, 1953) və Lenin mükafatı laureatı (1963). Moskva Dövlət Universitetini bitirmişdir (1930). Ümumittifaq Elektronika İnstitutunda (1929–1954), Ümumittifaq Aviasiya Materialları İnstitutunda (1946–1953), SSRİ EA Element- Üzvi Birləşmələr İnstitutunda (1954-cü ildən) və Zərif Kimya Texnologiyası İnstitutunda (1959-cu ildən) işləmişdir. Tədqiqatları yeni sinif polimerlər – poliüzvi siloksanlar kimyasına aiddir. Andrianov silisium (IV) xloridin sənaye üsulu ilə sintezi metodunu, poliüzvi siloksanlar əsasında materialların alınma üsullarını işləyib hazırlamışdır.
İstinadlar
Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:"Lenin" mükafatı laureatları Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiya kimyaçıları Kateqoriya:SSRİ kimyaçıları