David Andquladze (tam adı: David Yasonoviç Andquladze; ) — Gürcüstan və SSRİ müğənnisi (dramatik tenor), SSRİ xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1947), Gürcüstan SSR Dövlət mükafatı laureatı (1973), Professor (1958).
Həyatı David Andquladze 1895-ci ildə oktyabrın 15-də Gürcüstan Respublikasının Ozurqeti rayonunun Baxvi kəndində anadan olmuşdur. 1927-ci ildə Tiflis konservatoriyasını bitirmişdir. Səhnə fəaliyyətinə 1926-cı ildə Tiflisdə başlamış, 1927–29-cu illərdə Moskva Musiqili Teatrı və 1933–35-ci illərdə SSRİ Böyük Teatrının solisti, 1929–33; 1935–55-ci illərdə Gürcüstan Opera və Balet Teatrının aparıcı solisti və 1945–49-cu illərdə bədii rəhbəri olmuşdur. 1946–73-cü illərdə Tbilisi konservatoriyasında dərs demişdir. 1967–73-cü illərdə kafedra müdiri olmuşdur. David Andquladze 1973-cü ilin noyabrın 29-da Gürcüstan Respublikasının Tbilisi şəhərində vəfat etmişdir.
Əsas partiyaları Tariyel ("Tariyel haqqında dastan", Ş. Mşvelidze) Abesalom, Malxaz ("Abesalom və Eteri", "Daisi", Z. Paliaşvili) German ("Qaratoxmaq qadın", P. Çaykovski) Xoze ("Karmen", J. Bize) Kavaradossi ("Toska", C. Puççini) Radames ("Ai-da", C. Verdi)
Tanınmış yetirmələri Zurab Ancaparidze Nodar Andquladze (oğlu) Zurab Sotkilava
Mükafatlar SSRİ Dövlət mükafatı Gürcüstan SSR Dövlət mükafatı
Həmçinin bax Zurab Ancaparidze Vaxtanq Kikabidze SSRİ xalq artistlərinin siyahısı
Xarici keçidlər Rəşid Behbudov fenomeni
İstinadlar
Kateqoriya:Gürcü müğənnilər Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:Professorlar Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Gürcüstan müğənniləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Tenorlar