Riqa Avtobus Fabriki, RAF () — Latviyada fəaliyyət göstərmiş mikroavtobus istehsal edən müəssisə.

Tarixi

Zavodun inşası 1949-cu ildə "№ 2 Riqa Avtotəmir zavodu" yerində «Riqa avtobus yedəyi zavoduna» çevrilir. Deismanis və Potreki emalatxanaları Terbatas küçəsində yerləşirdi.

1951-ci ildə «Riqa avtomobil təcrübə zavodu» ilə birləşdirilmişdir.

İlk Riqa Avtobusu

1953-cü ildə 25 ədəd RAF-651 markalı avtobus istehsal edilmişdir. Kapotlu RAF-651 avtobusları ГЗА-651 markalı avtobusların birəbir oxşarı idi. 16 oturacaq yerinə sahib avtobusun ümumi tutumu 25 sərnişin idi. 10 iyun 1954-cü ildə avtonəqliyyat nazirliyi tərəfindən zavod «Riqa peşəkar avtobus zavodu» adlandırılsada artıq 30 sentyabr 1954-ci ildə adı tamamən dəyişdirilərək son adı müəyyənləşdirilir: «Riqa Avtobus Zavodu» ().

1955-ci ildə zavod öz ilkin yerli istehsalını gerçəkləşdirilmişdir. Yeni RAF-251 modelinin bəzi hissələri QAZ-51 modelinə aid idi.

Şəhər avtobusu RAF-251 iki qapıya malik idi. 28 yelik sərnişin tutan avtobusda 21 oturacaq vardı. Baza varianıtı ilə yanaşı xidməti RAF-251С avtobusları buraxılır. Bu avtobuslar 1 qapıya sahibdir. Üstəlik 27 oturacağa sahib idi. Yük-sərnişin təyinatlı RAF-251Т yük yernə sahib idi. RAF-251 modeli 1958-ci ilə qədər istehsal edilmişdir. Bu müddət ərzində ümumi olaraq 1463 ədəd ekzemplar bursxılmışdır. Sonradan onları modernləşdirilmiş RAF-976 əvəz etmişdir.

Mikroavtobuslar

thumb|RAF-10 Festivals Sonrakı modifikasiya. thumb|RAF-8 Spriditis.

1957-ci ildə RAF əməkdaşları Volkswagen Transporter ilə tanış olaraq Riqada mikroabtobus istehsal etməyi qərara alırlar. Nəticədə baş mühəndis Laymonis Kleqe (), mühəndis-konstruktorlar J. Ositis (), Q. Sils () və 4 entuziaist tərəfindən mikroavtobus olan РАФ-10 işlənib hazırlanır.

VI Ümumdünya gənclər və tələbələr festivalı şərəfinə RAF-10 «Festival» () ləqəbi alır. RAF-10 yüngül QAZ-М20 «Pobedanın» platforması üzərində yığılmışdır.

1958-ci ildə həm də RAF-10 QAZ-21 «Volqa» mühərriki ilə təmin edilir. 20 noyabr 1958-cu ildə zavod RAF-10 serialı mikroavttobuslar istehsala buraxılır və ilin sonuna cəmi 11 ədəd yığılır.

1958-ci ildı RAF-08 «Spiridis» () «Moskviç-407» markalı modelin müəyyən hissələri ilə yığılmışdır. İstehsalı 1960-cı ildə inteksləşmiş RAF-978 istehsalı elə də böyük olmamışdır.

RAF-977 «Latviya» thumb|right|RAF-977 Latviya. Birinci seriya RAF-10 və RAF-08 markalarının istehsalı zamanı əldə edilən təcrüfə sayəsində RAF-977 «Latviya» () modeli istehsal olunur. Onun müəyyən ehtiyatları QAZ-21 «Volqaya» aid idi. 1958-ci ildə cəmi 10 maşın buraxılsada növbəti ildə genişmiqyaslı istehsal gerçəkləşdirilmişdir.

1960-ci ildə ilkin avtomobillər modernləşdirilmiş RAF-977В ilə əvəzlənmişdir. thumb|Analoq RAF-977 — YerAZ-762V. 1961-ci ildə mikroavtobus istehsalı avadanlıqları Duntes küçəsinə köçürülür. Terbatas küçəsində yerləşən zavoda yenə də «№ 2 Riqa Avtotəmir zavodu» statusu qaytarılır.

Yeni meydançada RAF-977D modeli istehsal edilirdi.

RAF-977D modelinin əsasında furqon RAF-977K modeli yığılır. O 850 kq yük götürmə qabiliyyətinə malik olur. Sınaq istehsalı 1962-ci ildə gerçəkləşdirilmişdir. Bu model əsasənda 1966-cı ildə İrəvanda avtobus zavodu inşa edilir.

1962-ci ildə RAF-977D modeli əsasında Luqamsk şəhərində Luqamsk avtotəmir zavodunda LARZ-977 «Luqansk» modeli yığılır.

RAF-2203 «Latviya» thumb|right|Təcili Tibbi Yardım maşını RAF-2203 1976-ci ildə Elqava şəhərində yeni zavod inşa edilmişdir. Burada ildə 17 min mikroavtobus istehsal edilirdi. Burada 11 yerli RAF-2203 «Latviya» istehsal edilirdi. Maşının aqreqatları QAZ-24 «Volqa» maşınlarına aid idi.

Onun bazasında Təcili Tibbi Yardım maşını istehsal edilmişdir.

Modernləşmə cəhdləri 1980-ci illərin sonlarında istehsalın modernləşdirilməsinə başlanılmışdır. İki peşəkar nümunə RAF-22038-30 zavod sınaqlarından uğurla keçmişdir. Yeni RAF-М1 «Roksana» və RAF-М2 «Stils» modelləri təşkil edilsədə onlar zavod konveyrinə qoyulmamışdır.

Yenidənqurma 1986-cı ildə RAF-da keyfiyyət əskikliyi yaşanmışdır. Bu bütün SSRİ əraxisində rezonans yaratmışdır. Nəticədə əvvəlki rəhbərlik istefa verməli olmuşdur.

Yenidənqurma ruhunda 1987-ci ildə seçkilərdə Viktor Bossert qalib gəlir. O, zavodun direktoru olaraq 1990-cı ilə qədər işləyir.

Postsovet dövrü 6 sentyabr 1991-ci ildə RAF səhmdar cəmiyyətə çevrilir. Elə həmin ildəcə Latviya müstəqil olur və planlı iqtisadiyyata son qoyulur.

Riqa Avtobus Zavodunda kommersiya təyinatlı RAF-33111 modeli istehsala buraxılır. Bu model 1 ton yük götürmə qabiliyyətinə malik olur. RAF-3311 1996-cı ilin sonlarına qədər istehsal edilmişdir. RAF-22038-02 maşrut taksisi olaraq böyük məşhurluq qazanmışdır. 1995-ci ildə istifadəçilərə 12 yerlik RAF-22039 modeli təklif edilir.

1992-ci ildə təcrübəli ekzemplar «RAF-1» Moskvada «Avtotexnika» sərgisində nümayiş etdirilir. Model investor olmaması səbəbindən geniş istehsala buraxılmamışdır.

20 dekabr 1993-cü ildə Riqa Avtobus Zavodu RAF-М2 «Stils» () modelini nümayiş etdirir. Effektiv dizayna malik olsa da, QAZel-3221 modeli RAF-ın hissələri əsasında yığılmışdır.

Həyatın qəribəliklərindən biri olaraq Riqa Avtobus Fabriki rusların sifarişi ilə son istehsalı cənazə daşıyan RAF-2926 modeli olmuşdur. Bu tip 21 maşın Moskvada təcili tibbi yardım xidmətində istifadə edilmişdir.

1996-ci ildə RAF QAZ ilə alyans qurmağa cəhd göstərir. Burada QAZelin xüsusi sersiyaları buraxılmalı idi. Ancaq Latviya hökuməti bu anlaşmanı qadağa etmişdir.

1997-ci ildə Riqa Avtobus Fabrikinda istehsal dayandırılır. 1998-ci ildə şirkət müflis olmasını elan edir. İstehsal sahələrinin bir qismi 2010-cu ildə dağıdılır və bir qismi isə ticarət obyektlərinə çevrilmişdir. 2012-ci ildə RAF modelləri əsasında latviyalı atvo yürüş iştirakçısı Andris Dambison tərəfindən təşkil edilmişdir.

Mənbə

д/Ф «РАФ: утраченное достояние Латвии» — телефильм АТН из цикла «Судьба гигантов»

Kateqoriya:Riqa Kateqoriya:1949-cu ildə yarananlar Kateqoriya:1997-ci ildə ləğv olunanlar Kateqoriya:Avtobus istehsalçıları