Geza Anda () — İsveçrə pianoçusu, pedaqoq, dirijor

Fəaliyyəti

Geza Anda mənşəcə macardır. Budapeştdəki F. List adına Akademiyanı bitirmişdir (E. fon Donanyinin sinfini). İlk səhnə çıxışı 1942-ci ildə olmuşdur. 1943-cü ildən İsveçrədə yaşamışdır. 1947-ci ildən geniş konsert proqramı ilə çıxışlar etmişdir (əsasən, Avropada). Musiqi tarixində ilk dəfə B. Bartok və V.A. Motsartın bütün konsertlərini qrammofon valına yazdırmışdır. G. Anda ifasına yüksək texnika, zövq, mahir ustalıq, incə duyum xas idi. Zalsburqda, Lüsernada və Sürixdə ustad dərsləri aparırdı. Londondakı Kral Musiqi Akademiyasının fəxri üzvü olmuşdur. Onun adına fond (1978-ci ildə) təsis edilmişdir. Sürixdə üç ildən bir pianoçularınİjon-Piser Sullyet, 88 notes pour piano solo, "Solo nec plus ultra", Neva Editions, 2015, p.52. ISBN 978 2 3505 5192 0. beynəlxalq müsabiqəsini keçirirdi.

İstinadlar Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:Macarıstan pianoçuları Kateqoriya:Musiqi