Xəzər monosifonu (Elmi adı — Monosiphon caspicus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir.http://redbook.az/?options=project&id=X%C9%99z%C9%99r%20monosifonu
Qısa morfoloji təsviri Tallom qaytanvari, qarşı-qarşıya və ya növbəli budaqlanmış, bütün tallom boyu aydın görünən 14 sm uzunluqda və 5 mm qalınlıqda mərkəzi oxa malikdir; substrata rizoidlərlə yapışır. Köndələn kəsikdə mərkəzdə 200 sm diametrli, qalın qılaflı böyük hüceyrə görünür ki, o əvvəlcə bir neçə sıra nisbətən kiçik hüceyrələrlə, sonradan daha kiçik hüceyrələrlə əhatələnmiş olur, bunlar əsasən oxdan və müxtəlif sırada yerləşən hüceyrələrdən çıxaraq onu əhatə edən periferik saplarla sıx şaxələnmiş dəstələrdə birləşir. Periferik sapların əsasında olan hüveyrələr silindirikdir, yuxarıda ellipsvari, uc hissədəki hüceyrələr armudvari və ya şarvaridir, çox iridir, 40–60 sm dimaterindədir. Periferik sapların əsasında olan bazal silinrik hüceyrələrdən əsl rəngsiz tükcüklər inkişaf edir.Зинова А.Д. Караева Н.И. , Забержинская Э.Б.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Daşlarda, balıqqulağı və bitki substratlarında 0–19 m dərinlikdə rast gəlinir. Tək-tək fərdlər kimi rast gəlinir, kolluq əmələ gətirmir.
Yayılması Bakı arxipelaqı (Gil adası) ərazisidir.
Sayı və tendensiyası Populyasiyası hal-hazırda azdır və itmə təhlükəsi altındadır.
Məhdudlaşdırıcı amillər Naməlumdur.
Mühafizə tədbirləri Populyasiyanın nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması vacibdir.Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013
İstinadlar
Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar