Naziklifli lepiota (Elmi adı - Lepiota tomentella) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.http://redbook.az/?options=project&id=Naziklifli%20lepiota
Qısa morfoloji təsviri meyvə cismi torpaqda və döşənəkdə inkişaf edir. Papaqcıq 1,5-2 sm diametrindədir, nazik lətlidir, qabarıq zəngvari, sonradan qabarıq sərilmiş, mərkəzdə kiçik şişkin, quru, gilvari-qəhvəyi, nazik lifli-pulcuqludur. Lövhələr sərbəst, nazik, sıx, əvvəl ağ, sonradan krem, krem-oxra rənglidir. Ayaqcıq 2-5 x 0,1-0,3sm, düz, əsasa doğru bir qədər əyilmiş və qalınlaşmış, yuxarı hissədə ağ-ocralı, aşağı hissədə oxralı – qəhvəyi, keçəvari örtüklüdür. Ayaqcıqdakı halqa tez itib gedir. Yeməli və ya zəhərli olması məlum deyi. Sadıqov A.S. 1999Вассер С.П. 1980
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Humus və döşənək saprotrofudur. Quercus cə Carpinus növlərindən ibarət qarışıq enliyarpaq meşədə aşkar edilmişdir.
Yayılması Xaçmaz rayonu, Yalama meşəsi ərazisidir.
Sayı və tendensiyası Populyasiyasıyanın vəziyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Zəngin tərkibli torpaqlara tələbkarlıqdır.
Mühafizə tədbirləri Populyasiyanın vəziyyəti nəzarət altında saxlanılmalıdır. Yeni bitmə yerləri aşkar edilməli və kultura kolekksiyasında saxlanılmalıdır. Göbələyin biologiyası və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013
Mənbə Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar