() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 20–100 sm, gövdəsi düz budaqlanmış, ikiillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun saplaqlarda yerləşib, böyrəkşəkilli, iri oyuqludişlidir. Gövdə yarpaqları ürəkşəkilliyumurtavaridir, sivri dişli, təpə yarpaqlarıyumurtaşəkilli-üçbucaq, qaidə hissəsi küt və ya pazvaridir. Çiçəkləri uzun salxımdadır. Ləçəkləri ağ rəngdədir, uzunluğu (4) 6–8 mm-dir. Çiçək saplağı meyvə verəndə qalınlaşır, uzunluğu 3–15 mm-dir. Qını köndələn şəkildə üzüyuxarı duran, çılpaq və çoxtoxumludur. Aprel-may aylarında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.

Azərbaycanda yayılması BQ (Quba), Samur-Şabran oval., Xəzəryanı, Qobustan, Kür düz., BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.-dağ., Lənkəran oval. Orta dağ qurşağına qədər.

Yaşayış mühiti Meşələrdə, kolluqlarda, bağlarda, hasarların yanında rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Sarımsaqotunun yarpaqları sarımsağın əvəzinə ədviyyat kimi istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:İraq florası Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Pakistan florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Afrika florası Kateqoriya:Qida bitkiləri Kateqoriya:Mərkəzi Asiya florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Yeməli vəhşi bitkilər