() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 3–10 sm, gövdəsinin əsası yarpaqsız və ya 1–2 ədəd yarpaqlı, diametri 5–13 mm olan yumurtaşəkilli və yaxud dəyirmi kök yumrularından ibarət çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun saplaq üzərində yerləşmiş, üçər-yarıya bölünmüş, seqmentləri 2–3 ədəd olub, mişarvari kəsilmişdişlidir, yuxarı tərəfdə çılpaq və ya az tükcüklüdür. Çiçəkləri təkdir, qısa-tükcüklü, (meyvə verəndə əyilmiş) çiçək oxunda toplanmışdır. Çiçəkyanlığının yarpaqcıqları 8–10 sayda olub, uzunluğu 7–15 mm-dir, xətvari-uzunsovdur, göy və ya mavi rənglidir, üst tərəfdən çılpaqdır. Meyvələri tüklüdür və qısa əyilmiş sütuncuqludur. Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir.

Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk.-dağ.. Orta və yuxarı dağ qurşaqlarında.

Yaşayış mühiti Meşələrdə, kolluqlarda, meşə ətrafında, dağ çəmənliklərində rast gəlinir.

Sinonimləri

Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax