Boz şoran - (lat. Salsola cana C. Koch.)  Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.http://redbook.az/?options=project&id=Boz%20%C5%9ForanAzərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013

Qısa morfoloji təsviri Gövdəsiqısa tüklərlə örtülü, 20-35 sm hündürlükdə, gümüşü –bozumtul yarımkolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1-2 mm enində, növbəli xətvari, yarımsilindrik, sərtvari, kütvari, sıx, qısa, ağımtıl-boz tüklərlə örtülü, vegatasiyanın sonunda çılpaqdır. Çiçəkaltı yarpaqlar bir qədər kiçikdir; çiçəkaltlıqları geniş, çiçəə bərabər və ya çiçəkdən bir qədər uzundur. Toxumları şaquli və ya çəpdir.Флора Азербайджана, 1952

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgətirmə dövrü sentyabr-noyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Quru, şoranlaşmış, gilli və ya gilli-daşlı yamaclarda rast gəlinir. Şoran ərazilərdə taxıllı-şoangəlik qruplaşmaları əmələ gətirir.Ахундов Г.Ф., Гогина Е.Е., Прилипко Л.И., 1978

Yayılması Naxçıvan düzənliyi (Culfa rayonu – Yaycı kəndi ətrafı, Gülüstan düzənliyi).Гроссгейм А.А., 1945Talıbov T.H., 2003Мовсумова Ф.Г., 2005

Sayı və tendensiyası Populyagiyanın təbii bərpası azalır, yeganə lokalitetində antropogen təsirləri həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər Ekoloji şəraitin dəyişməsi, antropogen amillər (otarılma, tapdalanma).Мовсумова Ф.Г., 2006

Mühafizə tədbirləri Mühafizə üçün xüsusi tədbirlər aparılmır. Biotoplarda antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma sahələrinin axtarılması təklif olunur.Мовсумова Ф.Г., 2010 Məlumat mənbəsi Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.

Həmçinin bax Gövdəsiz yastıbaş Kövrək şoran

İstinadlar

Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar