Enargit – Cu3AsS4 - () Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.

Xassələri Rəng – poladı-bozdan qonuruçalarlı qarayadək; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü, yarımmetal; bəzən tutqun; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,4-4,5; Sərtlik – 3,5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl, {100} və {010} üzrə aydın; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: vertikal cizgili, sütunvari, lövhə şəkilli; İkiləşmə: xaçvari ikiləşmələr, ulduzabənzər üçləşmələr; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar.

Mənşəyi və yayılması Orta- və aşağı temperaturlu hidrotermal damarlarda və metasomatik yataqlarda rast gəlir. Əsasən mis-kolçedan, mis-porfir, pirit-enargit yataqlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pirit, xalkopirit, sfalerit, qalenit, bornit, xalkozin, lyutsonit. Mineralın tapıldığı yerlər: Byutt (ABŞ); Çukikamata və Quanako (Çili); Sero-de-Pasko (Peru); Sumeb (Namibiya); Kounrad (Qazaxıstan). Azərbaycanda enargit əsasən Bittibulaq mis-mərgümüş yatağında toplanmışdır. Az miqdarda o, həmçinin Filizçay və Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsində, Qaladərəsi, Səfərli filiz təzahürlərində, Tutqunçay hövzəsinin qızıl filizi zolağında və b. qeyd edilir.

Tətbiqi Böyük yığınları Cu və As filizi kimi istifadə edilir.

İstinadlar

Mənbə Azərbaycan mineralları. Bakı: "Nafta-Press" nəşriyyatı, 2004

Xarici keçidlər THE MINERAL ENARGITE

Kateqoriya:Sulfosollar (minerallar) Kateqoriya:Misin mineralları Kateqoriya:Rombik sinqoniya mineralları Kateqoriya:Sulfidlər (minerallar)