klaviatura genişləndiricisi (keyboard enhancer) — klavişlərin basılma siqnalları daxil olduqca onları emal edən və bəzi klavişlərin və ya onların kombinasiyasının mənasını yenidən təyin edən proqram; klaviatura utiliti (KEYBOARD UTULITY), makro-proqram (MACRO PROGRAM) və ya makro-utilit (MACRO UTILITY) kimi də tanınır. Bu proqramlardan makrosların – klavişlər kombinasyalarının, siçanın hərəkətlərinin, menyu komandaları və ya müəyyən klavişlərə bağlanmış komandalar ardıcıllıqlarının yaradılması və saxlanması üçün də istifadə olunur.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,466s. Kateqoriya:İnformatika