Şahbəndə xan Pörnək-Türkman — Təbrizin bəylərbəyi.
Həyatı
Pirbudaq xan Pornak Təbriz bəylərbəyi və Təbriz hakimi olur. Lakin o, 1616-cı ildə Osmanlı ordusu ilə savaşda qətlə yetirilir və yerinə oğlu Şahbəndə xan Təbriz bəylərbəyi təyin edilir. O, 1625-ci ilə qədər Təbriz bəylərbəyi olub (Arada az müddətə Qaraçaqay xan Təbriz bəylərbəyi seçilir). Şahbəndə xan Gürcüstanda vuruşmada öldürüldükdən sonra Şah onun üç yaşlı oğluna II Pirbudaq adı, həm də xan titulu verib Təbriz bəylərbəyi təyin edir. İ.P.Petruşevski Türkman tayfasının Pornak şaxəsindən olan kiçik yaşlı Pirbudaq xanın bəylərbəyi təyin edilməsi haqqında yazır ki, üç yaşlı uşağın bəylərbəyi təyin edilməsi Şah Abbasın güclü dövlət yaratmaq istəklərinə baxmayaraq, Türkman tayfası başçılarının Təbriz bəylərbəyiliyinə bir inzibati mənsəb kimi yox, oranı özlərinin irsi idarə əmlakı hesab etmələri ilə Şahın hesablaşdığını göstərir.
İstinadlar
Həmçinin bax Pörnək oymağı Təbriz bəylərbəyliyi
Xarici keçidlər
Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:Türkmanlar Kateqoriya:Bəylərbəyilər Kateqoriya:Hərbi liderlər Kateqoriya:Təbriz bəylərbəyiləri