() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Hündürlüyü (3) 7-25 (35) sm, gövdəsi düz, sadə və ya əsasında budaqlanmış, sadə saplaqlı vəzicikli tüklərlə örtülmüş birillik ot bitkisidir. Yarpaqları oturaq, xırda, enli yumurtaşəkilli, dərin dişlidir, aşağı yarpaqları qismən yaxınlaşmış, yuxarı yarpaqları 2-3 cüt düzülmüş, barmaqvari kəsilmiş, üçküncneştərvari küt dişlidir; çiçəkaltlığı yarpaqları daha ensiz, çox vaxt yalnız 3 ədəd dişli olur, demək olar ki, kasacığa bərabərdir. Çiçəkləri sünbülşəkilli çiçək qrupunda toplanmışdır. Tac tünd-fırfır rəngdədir, 8-15 mm uzunluqdadır, xaricdən tüklüdür, nazik borucuqlu və qısa büküşlüdür, üst dodağı qalpaqşəkilli, alt dodaq isə üçbölümlüdür, orta bölümü ensiz və uzundur. Qutucuğun uzunluğu 10 mm-dir, neştərvaridir, yastılaşmış, çılpaq və kasacıqdan qısadır. Aprel-may aylarında çiçəkləyir, may ayında meyvə verir.
Azərbaycanda yayılması Abşeron, Qobustan, BQ qərb, BQ şərq, Kür-Araz oval., Lənk. oval. Aşağı dağ qurşağında. Ovalıqda və dağətəyi yerlərdə.
Yaşayış mühiti Meşələrdə yol və çay kənarlarında, yarımsəhralarda, quru, gilli və daşlı yamaclarda rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Livan florası Kateqoriya:30–34 ID olan Taksonbar