Ağrıdağ — Ordubad rayonu ərazisində dağ (hünd. 1851,5 m). Zəngəzur silsiləsinin cənub-şərq qurtaracağında yerləşən Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Sərkidağ qolunun suayırıcısında zirvə. Nüsnüs kəndindən 2 km şimal-qərbdədir. Şərqi Ordubad dərinlik qırılmasının nəzarət etdiyi Alt Eosen yaşlı diorit və dioritli porfirit tərkibə malik eyniadlı intruziv kütlənin hüdudlarında günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının tağ hissəsində yerləşir.

Həmçinin bax Qapıcıq dağı Elti dağı Maparax Ağdağ (Ordubad rayonu) Ağsal dağı

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları