Verilənlərin şifrələnməsi standartı (en. Data Encryption Standard — DES), (ru. Стандарт цифрования данных), (tr. Veri şifreleme standardı) - verilənlərin şifrlənməsi və şifrlərin açılması üçün nəzərdə tutulmuş mükəmməl alqoritmdir. thumb|Verilənlərin şifrələnməsi standartı diaqramı 1976-cı ildə IBM şirkəti tərəfindən işlənib hazırlanmış, ABŞ-nin Milli Standartlar Bürosunda ( National Bureau of Standards National Institute of Standards and Technology ) sınaqdan keçirilmiş və 1980-ci ildə ABŞ hökuməti tərəfindən qəbul olunmuş bu standart dövlət və kommersiya qurumlarında mühüm, ancaq məxfi olmayan informasiyanın şifrlənməsi üçün nəzərdə tutulmuşdu. 64-bitlik verilənlər bloklarını 64-bitlik açarın köməyilə şifrləməyə imkan verir. Şəbəkədə eyni zamanda 14 min kompüterin birgə işinin nəticəsində şifrləri açmaq mümkün olmuşdur. Ona görə də 2000-ci ildə rəsmi olaraq AES standartı ilə əvəz olunmuşdur.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər Verilənlər bazalarının modelləri və "relational database" termini VERİLƏNLƏRİN VƏ BİLİKLƏRİN STRUKTURU VƏ MODELİ

Həmçinin bax Verilənlər Verilənlər tipi

Kateqoriya:ABŞ ixtiraları Kateqoriya:Kriptologiya