Yanotu yarpaqyeyəni () — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ.

Xarici quruluşu Yanotu yarpaqyeyənin bədəni qaradır. Uzunluğu 6–10 mm-dir.Səfərova İ. M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 54–57.

Həyat tərzi Böcəklər və sürfələr müxtəlif yabanı mürəkkəbçiçəklilər üzərində qidalanır. Məlumatlara əsasən bu böcəklər Abşeronda kələmi, soğanı, Şəmkirdə isə kartofu zədələyir. Turp, xardal, çuğundur, yonca, yulaf və başqa bitkilərə zərər verir. Böcəklər və sürfələr payızgülü bitkisinin də yarpaqlarını yeyirlər.

Azərbaycanın rayonlarında bu böcəkləri mayın ikinci yarısında, onların çıxalmasını isə iyunda və iyulun əvvəllərində müşahidə etmək olar. Yanotu yarpaqyeyənləri ildə 2–3 nəsil verir. Azərbaycan şəraitində isə ildə 1 nəsil verdiyi qeyd edilmişdir.

Yayılması Azərbaycanda bu növə ən çox xam sahələrdə rast gəlmək olur. Ölkənin Quba-Xaçmaz, Abşeron, Gəncə-Daşkəsən, Şirvan, Lənkəran-Astara, Mil-Qarabağ zonalarında, Acınohur-Ceyrançöl düzündə yayılmışdır.

İstinadlar

Ədəbiyyat Səfərova İ. M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 54–57. Azərbaycan heyvanlar aləmi. II-Buğumayaqlılar. Bakı, Elm, 2004, −388 səh.

Xarici keçidlər Листоед тысячелистниковый (Galeruca tanaceti L.) Источник: http://www.activestudy.info/listoed-tysyachelistnikovyj-galeruca-tanaceti-l/ © Зооинженерный факультет МСХА Galeruca tanaceti — Galeruca tanaceti

Kateqoriya:Yarpaqyeyən böcəklər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1758-ci ildə təsvir edilən sərtqanadlılar Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları