Braziliya yaponları (; ) — Cənubi Amerika qitəsində yerləşən Braziliyada məskunlaşmış yapon əsilli əhali. Braziliyada 2,000,000 nəfərə yaxın yapon əsilli vətəndaşın yaşadığı təxmin edilir. Bu rəqəm ölkə əhalisinin 1 % təşkil edir. İlk yapon icması 1908-ci ildə Braziliyaya gəlib. Bu gün Yaponiyadan sonra ən çox yaponların yaşadığı ikinci ölkə Braziliyadır.
Tarixi thumb|right|220px|XX əsrin əvvəllərində yapon dilində hazırlanmış poster; Cənubi Amerikaya (Braziliya nəzərdə tutulub) ailələrimizlə birlikdə gedək ! Arxa plan
XIX əsrin sonları XX əsrin əvvəllərində qəhvə Braziliyanın əsas ixrac məhsulu hesab olunurdu. XIX əsrdə fermerlər öz plantasiyalarında əsasən Afrikadan olan qara dərililərin əməyindən istifadə edirdilər. 1850-ci ildə ölkədə qul əməyindən istifadənin qadağan edilməsindən sonra bu üsul aradan qalxdı. Quldarlığın qadağan edilməsi plantatorları çətin vəziyyətə salmaqla yanaşı, ümumi məhsuldarlığın aşağı düşməsinə də səbəb olurdu. Mülk sahibləri Avropadan sahələrdə çalışmaq üçün işçi cəlb etməyin yollarını axtarmağa başladılar. Bu axtarışlar dövlətin daxili, ağlaşdırmaq siyasəti ilə də oxşarlıq təşkil edirdi. Həmin dövrdə rəsmilər afroamerikalıların kütləvi artımının qarşısının almağın yeganə yolu kimi Avropadan əhalənin ölkəyə gətirilməsində görürdülər.
Hökumət və plantatorlar Avropada yaşayan minlərlə fermerə yeni bir ölkədə yaşamaq təklifi ilə çıxış etdilər. Təklif on minlərlə avropalı, xüsusi ilə kənd təsərrüfatı ilə məşğul olan italyanlar tərəfindən böyük həyəcanla qarşılandı. İlk vaxtlar böyük ümidlərlə ölkəyə gələn italyanlar zamanla ağır şərtlər altında işləməyə məcbur edildilər. Afroamerikalılara bənzər şərtlər altında işlədilən, yaşayış və qida üçün münbit şəraitlə təmin edilməyən bir çox italyanın bir digər problemi plantasiya sahiblərinin tələb etdikləri yüksək məhsuldarlıq tələbi idi. Yaranmış problemlərdən sonra İtaliya 1902-ci ildə parlamentdə Braziliyaya miqrasiyanı məhdudlaşdıran Decree Prinetti adlı qanun layihəsini qəbul etdi.
Bu dövrlər Yaponiyada feodalizm sisteminin sona çatması kənd təsərrüfatı ilə məşğul olan təbəqənin yoxsullaşmasına səbəb olmuşdu. İnsanlar daha yaxşı şərtlər altında yaşamaq və işləmək ümüdləri ilə açıq miqrasiya siyəsti yürüdən ölkələrə üz tutmağa çalışırdılar. 1930-cu illərdə Yaponiyada sənayeləşmə sürətlə davam etsə də, orta təbəqənin başqa bir ölkəyə miqrasiya etmək imkanları çox məhdud vəziyyətdə idi. Bu illərdə Amerika Birləşmiş Ştatları ağ olmayan insanların Şimali Amerika qitəsinə miqrasiya etməsinə müxtəlif əngəllər yaratmağa davam edirdi. Yaradılan əngəllərin əsas şərtlərindən biri miqrasiya edən insanların cəmiyyətə inteqrasiya etmək cəhdlərinin neytrallaşdırılmasından ibarət idi.
ABŞ-da 1924-cü ildə qəbul edilən İmmiqrasiya Aktında yaponlar xüsusi şəkildə hədəf qrup kimi göstərilmişdi. İmmiqrasiya Aktına görə Amerika Birləşmiş Ştatlarıa miqrasiya edən insanların sayı 1890-cı ildə keçirilmiş siyahıyaalınmadakı nəticənin 2% həddini keçməməli idi. Eyni zamanda həyətə keçirilən Ağ Avstraliya siyasəti ağdərili olmayan şəxslərin Avstraliyaya immiqrasiya etməsini məhdudlaşdırırdı.
İlkin məskunlaşma 1907-ci ildə Yaponiya və Braziliya arasında yaponların Braziliyaya immiqrasiya edə bilmələrinə imkan verən müqavilə imzalandı. İlk yapon immiqrant qrupu 1908-ci ildə Kasato Maru gəmisi ilə ölkəyə gəldilər. 790 nəfərdən ibarət olan ilk qrup əsasən fermerlərdən ibarət idi. Kobe şəhərindən hərəkət edən qrupun marşrut xətti Cənubi Afrika Respublikası ərazisindən Ümid burnunu keçib, Braziliya istiqamətində hərəkət etmək idi.Osada, Masako. (2002). Sanctions and Honorary Whites: Diplomatic Policies and Economic Realities in Relations Between Japan and South Africa, p. 33 . Gələn yaponların əksəriyyəti qəhvə plantasiyalarında işləməyə başladılar.
İtalyanların Braziliyaya immiqrasiya etməyə marağının itməsi və qəhvə plantasiyalarında işçi qüvvəsinə ehtiyacın artması yaponların ölkəyə gəlməsi üçün yeni imkanlar yaradırdı. 1908-ci ildən etibarən yapon immiqrantlar daha böyük qruplar şəklində gəmilərlə Braziliya limanlarına yan almağa başladılar.
İlk yeddi ildə, 3.434 yapon ailəsi (14.983 fərd) Braziliya immiqrasiya etdi. Birinci Dünya müharibəsinin başlaması və Yaponiyanın müharibədə tərəf kimi iştirak etməsi Braziliyaya köç edən yaponların sayında demoqrafik partlayışa səbəb oldu. 1917-1940-ci illər aralığında 164 min yapon öz ölkəsindən daha yaxşı iş və həyat arzuları ilə Braziliyaya üz tutdu. Yaponların üz tutduğu bölgələrdən ən əsası San-Paulu idi. Ölkəyə gələn immiqrantların 75% məhz bu şəhərə üz tuturdu. San-Paulunun digər ştatlara nəzərən daha çox üstünlük əldə etməsinin səbəbi isə tütün və qəhvə plantasiyaların burada daha yaxşı işlər təklif etməsində idi.
Braziliyada yeni həyat thumb|right|300px|Kofe plantasiyalarında çalışan yaponlar. (San-Paulu, XX əsrin əvvələri) Braziliyaya ilk dəfə gələn yapon immiqrantların ilkin məqsədi ölkə də pul qazanıb öz vətənlərinə geri qayıtmaq idi. Bununla yanaşı, sürətli varlanmaq həvəsi imkansız görünürdü. İmmiqrantlara ödənilən az maaşın əvəzində ağır iş saatları olan işdə işlədilməsi yaponlara vəd edilən münasibət deyildi. Eyni zamanda immiqrantların torpaq sahibləri ilə yaşadıqları problemlər və çox zaman hökumətin torpaq sahiblərinin tərəfində dayanması vəziyyəti daha da çətinləşdirmişdir.
Braziliyalı torpaq sahiblərində hələ də quldarlıq təfəkkürü hakim idi. Əmək hüququnun immiqrantlara tam formada şamil edilməməsi ölkəyə gələn yaponların daha ağır şərtlər altında işləməyə məcbur edirdi. Qəhvə plantasiyalarında çalışan yapon immiqrantların vəziyyəti daha ağır olmuşdur. Belə ki, daha çox gəlir əldə etmək məqsədi ilə fasiləsiz işlədilməyə məcbur edilən və etiraz edənlərin fiziki şiddətə məruz qaldığı qəhvə plantasiyaları bəzi yapon immiqrantların intihar etməsi ilə nəticələnmişdir. İntiharla yanaşı geniş yayılmış bir digər metod yonige qaçış forması idi. Yonige formasına əsasən plantasiyalarda işlədilən yaponlar gecə ilə qaçır və bir daha həmin ərazilərə geri dönmürdülər.
Dil, din, qidalanma, iqlim və həyat tərzi ölkəyə gələn yaponların əsil mədəniyyət şoku yaşamalarına səbəb olmuşdur. Bəzi yaponlar bu qədər müxtəliflik faktorlarına və ağır əmək rejiminə görə Yaponiyaya geri qayıtmağa çalısada, plantasiyasa sahibləri immiqrantları dövlətlər arası imzalanan müqavilələrə və torpaq sahibləri ilə işçilər arasında imzalanmış müqavilələrə əməl etməyə çağırırdı.
The New York Times qəzetinin 1908-ci ilin 1 noyabr tarixli sayında Braziliyada yapon immiqrantlara qarşı göstərilən münasibət səbəbindən iki dövlət arasındakı münasibətlərin heç də yaxşı olmadığı yazılmışdır.An extensive quotation from this article appears in Minas Geraes-class battleship. Braziliyada dünyaya gələn yapon uşaqlar yaponlar tərəfindən yaradılmış məktəblərdə təhsil almağa başladılar.
Ölkədə doğulan yeni nəsilin bir çox fərdi sadəcə yapon dilini öyrənərək, həyatları boyu icmanın yaşadığı ərazilərdə yaşadılar. İllər ötdükcə yaponlar arasında torpaq sahibi olanların sayında da artım yaşandı. Əsasən kiçik ferma təsərrüfatı yaradan yaponlar burada çiyələk, çay və düyü əkməyə başladılar. Yeni doğulan uşaqların cəmi 6% müxtəlif irqlərdən gələn insanların övladları idi. Braziliya yaponları XX əsrin əvvəllərində nadir hallarda yapon bir şəxsin, qeyri millətdən biri ilə ailə həyatı qurmasına icazə verirdilər.Enciclopédia das Línguas no Brasil – Japonês (Accessed September 4, 2008)
Diskriminasiya
1921-ci ilin 28 iyul tarixində nümayəndələr palatasının iki üzvü Andrade Bezerra və Sinsinato Braga 1. maddənin icazə verdiyi qanun layihəsinin təklif etdi. Qanun layihəsinə görə qaradərili şəxslərin ölkəyə immiqrasiya etməsi qadağan olunurdu. 1923-cü ilin 22 oktyabrında nümayəndə Fidel Reis qaradərili şəxslərin ölkəyə girişinin qadağan edilməsi məsələsinə baxılmasını tələb etdi. Təklifdə ölkəyə gələn yeni qaradərili immiqrantlar, ümumi immiqrantların 5%-dən çox olmamalı idi. Yapon immiqrantlar üçün də ümumi rəqəmin 5% göstəricisi tətbiq edilmişdi.RIOS, Roger Raupp. Text excerpted from a judicial sentence concerning crime of racism. Federal Justice of 10ª Vara da Circunscrição Judiciária de Porto Alegre, November 16, 2001 (Accessed September 10, 2008)
İkinci dünya müharibəsindən bir necə il öncə prezident Qetulio Varqas ölkəyə gələn immiqrantların zorla assimilyasiya edilməsi prosesini başlatdı. 1934-cü ilin konstitusiyası assimilyasiya prosesinin sürətlənməsinə əlavə imkanlar yaratmışdı. Belə ki, konstitusiya immiqrantların bir bölgədə kütləvi məskunlaşmasını, seçmə və seçilmə hüququnu məhdudlaşdırırdı. Qanunlardan ən çox təsirlənən alman, italyan, yəhudi və yapon immiqrantların ailələri olmuşdular.
Hökumətin apardığı əsas siyasət portuqal dilində danışan braziliyalıların ölkədəki üstünlüyünü təmin etməkdən ibarət idi. Qaradərililərin və immiqrantların assimilyasiya edilməsi, onların öz dillərindən daha çox dövlətin rəsmi dilində danışmağa məcbur edilməsi əsas siyasətin istiqamətlərindən biri idi. Bu baxımdan italyan, yəhudi və yaponların etnik icmaları üzərində daha çox iş aparılması qərara alındı. Braziliyada vahid xalq yaradılması düşüncəsi immiqrantların ciddi narazılığı ilə qarşılanırdı. İkinci dünya müharibəsinin gedişatında Braziliya ilə Yaponiya arasındakı münasibətlər tamamilə kəsildi. Yaponiya müharibəyə Nasist Almaniyası tərəfindən qoşulması ölkədə yaşayan yaponların diskriminasiyaya məruz qalmasına səbəb oldu.
Yapon dilində nəşr edilən qəzetlər və yapon dilində təhsil verən təhsil müəssisələri bağlandı. Portuqal dili yaponlara təhsildə istifadə edilmək üçün yeganə seçim kimi təklif edildi. Alman və italyan icmalarıda gəldikləri ölkələrin müharibədki mövqeyi səbəbindən müxtəlif məhdudiyyətlərlə qarşılaşdı. Həmin icmalara məxsus qəzetlər tam şəkildə bağlanmasa da, müxtəlif qadağalarla qarşılaşdılar. 1939-cu ildə Estrada de Ferro Noroeste do Brasil təşkilatının araşdırmasına əsasən ölkədə yaşayan yaponların 87.7%-i gündəlik yapon dilində nəşr edilən qəzetləri oxuyurdu. Bu rəqəm Braziliya kimi savadsızlığın geniş yayılmış bir ölkədə yüksək rəqəm hesab olunmalıdır.SUZUKI Jr, Matinas. História da discriminação brasileira contra os japoneses sai do limbo in Folha de S.Paulo, 20 de abril de 2008 (visitado em 17 de agosto de 2008)
Artıq yaponlar hökumətin ağlaşdırma və assimilyasiya siyasətində arzulanmaz qrup kimi təsvir olunmağa başlanmışdı. Vəziyyət 1942-ci ilin avqust ayında Braziliyanın Yaponiyaya qarşı rəsmi müharibəyə qoşulmasından sonra daha da dramatikləşmişdir. Braziliyada yaşayan yaponların yaşadığı bölgələri icazəsiz tərk etmək qadağan edildi. Yaponiyadan gələ biləcək kodlaşdırılmış qısa dalğaların qarşısının alınması üçün ölkədə olan 200-dən çox yapon dilli məktəb tamamilə bağlandı və yaponlara məxsus radio-texniki vasitələrin hamısı dövlət tərəfindən müsadirə edildi.
Həmin dövrdə yeni-yeni yaradılmaqda olan yapon kapitallı şirkətlərin əmlakları rəsmilər tərəfindən müsadirə edilirdi. Qadağaları arasında yapon torpaq sahiblərinin öz mülklərində motorlu nəqiliyyat vasitələrindən (taksi olsa belə) istifadə edilməsi və avtobus, yük maşını istifadəsi də vardı. Qonşular arasındakı mübahisələr, borc məsələləri və hətta uşaqlar arasındakı davalar səbəbi ilə milli təhlükəsizliyə qarşı fəaliyyətlər başlığı ilə yaponlara qarşı bir çox anonim şikayət məktubları yazılmışdı. Braziliya yaponlarının təşkil etdiyi mədəni tədbirlərin bir çoxu belə şübhəli fəaliyyət səbəbi ilə qadağan edildi və tədbir iştirakçılarının arasında həbs edilmə halları baş verdi.