Rünoske Akutaqava (həmçinin Ryunosuke Akutaqava; ) — Yaponiya yazıçısı.

Həyatı 1892-ci il iyuldə Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə "Rasyamon darvazası" və "Burun" hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə "Magiya möcüzələri", "Bisey necə inanırdı", "Bir qisasın tarixçəsi", "Susanoo-no-mikoto, "Susanoo-no-mikoto ahıl çağlarında", "Tanrı Aqni", "Qəribə hekayət", "Xanım Rokunomiya", 1924-1927-ci illərdə "Sanemonun cinayəti", "Məktub parçası", "Momotaro", "At ayaqları", "Ölümdən sonra", "Karmen", "Suadamları ölkəsində", "Tanekonun kədəri", "Yuxu" və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı "İlğım" və "Dişli çarxlar" hekayələrində və "Səfehin həyatı" povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.

Rünoske Akutaqava 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Rünoske Akutaqava mükafatı yaradılmışdır.

Yaradıcılığı Ən məşhur hekayələri: "Raşomon darvazası" (1915), "Burun" (1916), "Cəhənnəm əzabları" (1918) və "Sıx meşədə" (1922).

1950-ci ildə Rünoskenin "Raşomon darvazası" (1915) və "Sıx meşədə" (1922) hekayələri əsasında Akira Kurosavanın "Raşomon" filmi ekrana çıxmışdır.

Kitabları Azərbaycan dilində "Tanrıların istehzası" (2015, tərcüməçi: Rövşən Ramizoğlu) "Qar dənəsi" (2024)

Filmoqrafiya Raşomon (film, 1950) / 羅生門

İstinadlar

Xarici keçidlər

Rünoske Akutaqavanın əsərləri (rusca) Rünoske Akutaqava haqqında sayt (rusca) Azərbaycan dilinə Rünoske Akutaqava həyat və yaradıcılığı

Kateqoriya:Tokio yazıçıları Kateqoriya:Yapon yazıçılar Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Yaponiyada intihar edənlər Kateqoriya:Yaponiyanın hayku şairləri