Qaraçay kanyonu Qudyalçay kanyonundan şərqdə yerləşir və ölçülərinə görə ondan geri qalsa da, faktiki olaraq, şimal-şərqi Azərbaycanın təbiətində insan əli dəyməmiş adacıq kimi qalmaqdadır. Mərmərləşmiş əhəngdaşılarından təşkil olunmuş Cərəkə-Cəngizur ön silsiləsini ensiz hissəsində kəsən kanyon uzanaraq həm də dirsəyəbənzər əyilmış formaya malikdir. Kanyonun ən dar hissəsində keçmişdə dağ kəndlərinə və Şimal-Şərqi Qafqaz aşırımlarına aparan keçidi qoruyan orta əsr qalasının xarabalıqları qalmaqdadır.

Həmçinin bax Qudyalçay kanyonu Təngi kanyonu Girdimançay kanyonu Zəngiçay (Cülyan) kanyonu Qarqarçay kanyonu

Mənbə "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''

Kateqoriya:Azərbaycan kanyonları