Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Yerləşməsi Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir.
Təsviri Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir. Adadanın şimalı boyunca enziz körfəz uzanır. Adanın qərbində Qlubokoe gölü yerləşir. Göl 700 metr radiusa malikdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. Cənub-qərbində adanın ən hündür nöqtəsi yerləşir. Maksimal hündürlük 27 metrdir. Bu regionda geodeziya məntəqəsi yerləşir. Adanın sahilləri sıldırımlıdır. Adada yerləşən Ostrıy burnundan on metrlərlə aralıda adsız ada yerləşir. Digər adsız ada isə 2,4 km şərqdədir. Xəritə Xəritə
Kateqoriya:Laptevlər dənizi adaları Kateqoriya:Şimal Torpağı adaları Kateqoriya:Laptevlər dənizinin yaşayış olmayan adaları