Maryan Vasilyoviç Şved (; ) — İspaniya təmsilçilərindən olan Sevilya Atletiko klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Ukrayna futbolçusu.
Karyerası
Karpati Lvov Şved Lvov Oblastın Mikolaiv şəhərində anadan olmuşdur. Şved Karpati Lvov gənclər akademiyasının yetirməsidir. O, yeddi yaşında olarkən bu akademiyaya qəbul edilmişdir. Onun ilk məşqçisi Vasil Leskiv olmuşdur.
Şved Karpati klubu ilə debütünü 1 mart 2015-ci ildə Ukrayna Premyer Liqasında Metallurq Donetsk klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Kiyevin Obolon Arenada keçirilən görüşdə Karpati rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. O, ilk qollarını 26 aprel 2015-ci ildə Olimpik Donetsk klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 4–1 hesabı ilə qalib gəlmişdir.
Sevilya 5 avqust 2015-ci ildə 18 yaşı olarkən Şved İspaniya təmsilçisi olan Sevilya klubu ilə beş illik müqavilə imzalamışdır. Amma Şved klubun reserv komandası olan Sevilya Atletiko klubuna göndərilmişdir. Şved həmyerlisi Yevgen Konoplyanka kluba gəldikdən sonra Əndəlus təmsilçisi olan Valensiya klubu ilə müqavilə imzalamaqdan imtina etmişdir.
Şved gənclər yığması ilə UEFA Gənclər Liqasında altı oyuna çıxmışdır. 30 sentyabr 2015-ci ildə Şved qrup mərhələsində Yuventus klubuna qarşı oyunda bir qolla yadda qalmışdır.
Şved Sevilya Atletiko klubu ilə debütünü 4 oktyabr 2015-ci ildə Marbella klubuna qarşı oyunda etmişdir. O, sona on bir dəqiqə qalmış Xose Amonu əvəz etmiş və komandası rəqib ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.
Milli karyerası Şved Ukraynanın U-16 və U-19 millilərində çıxış etmişdir.
Şəxsi həyatı Şved Vasil Şvedin böyük oğludur. Vasil Şved bir müddət Karpati klubunda hücumçu kimi çıxış etmişdir.
İstinadlar
Xarici keçidlər Statistics at FFU website (Ukr) Maryan Shved at Topforward
Şved Şved Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Legioner Ukrayna futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Şotlandiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Ukrayna milli futbol komandasının oyunçuları Kateqoriya:Şaxtyor Donetsk FK futbolçuları Kateqoriya:Karpati Lvov FK futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Sevilya FK futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Seltik FK futbolçuları