Artur Cefri (; 18 oktyabr 1892, Avstraliya, Melburn – 2 avqust 1959, Kanada, Yeni Şotlandiya) — avstraliyalı şərqşünas.Artur Cefri// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 211. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Həyatı Melburn Universitetində təhsil almış, Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ildə Qahirədəki Amerika Universiteti nəzdində Şərq Araşdırmaları Mərkəzinə (School of Oriental Studies) müəllim kimi dəvət edilmişdir.
Fəaliyyəti 1929-cu ildə Edinburq Universitetində doktorluq dərəcəsi almış, 1938-ci ildən ABŞ-nin Kolumbiya Universitetinin Yaxın və Orta Şərq dilləri fakültəsinin dekanı olmuşdur. Metodist kilsəsinə mənsub idi.
Kitabları Artur Cefrinin araşdırmaları Quranın müxtəlif qiraət qaydalarına, Məhəmməd peyğəmbərin həyatına, İslam və xristianlığın əlaqələrinə həsr olunmuşdur. İbn Ərəbinin "Şəcərət əl-kövn" əsərini ingilis dilinə tərcümə etmişdir. "İslam Ensiklopediyası" nın 2-ci nəşrində ("Encyclopaedia of Islam", Vol. 1, Leiden: E.J.Brill, 1960) bəzi məqalələrin müəllifidir.
İstinadlar
Kateqoriya:Şərqşünaslar Kateqoriya:Avstraliya alimləri