Gerhard Hersberq () — Kimya üzrə Nobel mükafatçısı (1971).
Həyatı O, 1904-cü ilin dekabrın 25-də Hamburqda anadan olmuşdur. Atasını erkən itirən Herxard anası tərəfindən tərbiyə olunmuşdur. Ailəni saxlamaq üçün anası süpürgəçi işləmişdir. Hersberq Darmştadt texnoloji institutunda, Qettingen və Bristol universitetlərində oxumuşdur. 1930-cu ildən Darmştadt texnoloji institutunda dərs demişdir. Həyat yoldaşı yəhudi olduğundan 1935-ci ildə Almaniyanı tərk edərək Kanadaya köçmüşdür. 1935-1945-ci illərdə Saskaçevan universitetində işləmiş, 1945-ci ildən Çikaqo universitetinin professoru olmüşdur. 1949-cu ildən Kanadanın Milli elmi tədqiqat şurasının nəzəri fizika bölməsinin rəhbəri olmuşdur. 1956-cı ildə Kanada fiziklər assosiasiyasının prezidenti olmuşdur. 1957-ci ildən 1963-cü ilə qədər beynəlxalq nəzəri və tətbiqi fizika ittifaqının vitse-prezidenti olmuşdur.
Əsas elmi işləri atom və molekulyar spektroskopiyaya aiddir. Spektroskopiya sahəsində dünyada məşhur olan monoqrafiyaların və jurnal məqalələrinin müəllifidir. Monoqrafiyaları:
Atom spektrləri və atomların quruluşu. M. 1948 İkiatomlu molekulların spektrləri və quruluşları. M. 1949. Çoxatomlu molekulların titrəyişli və fırlanan spektrləri. M. 1949. Çoxatomlu molekulların elektron spektrləri və quruluşları. M. 1969.
Herxard Hersberq 1971-ci ildə “Elektronların spekturunun və molekulların xüsusi sərbəst radikalların geometriyasının tədqiqinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Herxard Hersberq 1999-cu ilin martın 3-də Ottavada vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Göttingen Universitetinin məzunları Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Kanadalı Nobel mükafatı laureatları Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:Bristol Universitetinin məzunları Kateqoriya:Almaniyalı Nobel mükafatı laureatları Kateqoriya:XX əsrin fizikləri