Wonder Woman 2017-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur. Film musiqisi Rupert Qreqson-Vilyams tərəfindən bəstələnmiş və aranjiman edilmişdir. Albom 2 iyun 2017-ci ildə WaterTower Music leyblı tərəfindən çıxarılmışdır.
3 noyabr 2016-cı ildə Böyük Britaniyalı film bəstəkarı Rupert Qreqson Vilyams film musiqisinin yazılması üçün layihəyə cəlb edilmişdir. Sonradan ona Tom Hou, Pol Munsi və Endryu Kaçinski də qoşulmuşdur. Musiqi albomu filmlə eyni gündə CD, Dijital və vinil formatlarında çıxarılmışdır.
Avstraliya müğənnisi Sia, İngiltərə musiqiçisi Labirintlə birlikdə film üçün “To Be Human” adlı mahnı ifa etmişdir. Mahnının müəllifləri Florens Uelş və Rik Nouelsdir.
Kompozisiyaların siyahısı
Alboma daxil olmayan film musiqiləri
Filmədə istifadə olunmuş bəzi musiqilər, musiqi albomuna daxil edilməmişdir. Almanların bal səhnəsində İohann Ştrauss tərəfindən yazılmış və Berlin Simli alətlər Kvarteti tərəfindən ifa edilmiş "Schatzwalzer Op. 4" istifadə olunmuşdur. Klifford Qrey və Net Eyer tərəfindən yazılmış, Edqar Trevor və Sesil Kuper tərəfindən ifa edilmiş Let's Have Another Party kompozisiyasından "Another Little Drink Wouldn't Do Us Any Harm" mahnısı Fred Qadfri və Uil Letters tərəfindən yazılmış, Ella Retford tərəfindən ifa edilmiş "Molly O'Morgan" mahnısı Cek Cadc və Harri Vilyams tərəfindən yazılmış "It's a Long Way to Tipperary" mahnısı Jan Rodor və Vinsent Skotto tərəfindən yazılmış, Lüsyen Delil tərəfindən ifa edilmiş "Sous les ponts de Paris" mahnısı Edvard Lokton və Alan Mürrey tərəfindən yazılmış, Yuen Bremner tərəfindən ifa edilmiş "I'll Walk Beside You" mahnısı Robert Börns tərəfindən yazılmış və Yuen Bremner tərəfindən ifa edilmiş "Green Grow the Rushes, O" mahnısı
Hir paradlarda Hit parad (2017) Yüksəldiyi yer Australian Albums (ARIA) 52 New Zealand Heatseekers Albums (RMNZ) 5 İstinadlar
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:2017-ci ilin saundtrekləri Kateqoriya:DC Genişləndirilmiş Kainatı soundtrekləri Kateqoriya:Film musiqiləri