Düylünçay — Ordubad rayonu ərazisində çay, Arazın sol qolu.

Haqqında Uzunluğu 30 km, hövzəsinin sahəsi 124 kv.km-dir. Zəngəzur silsiləsindən (2400 m hündürlükdə) başlanır. Parağaçay və Mesxet çaylarının birləşməsindən əmələ gəlir və 660 m. yüksəklikdə, Dəstə kəndi yaxınlığında Araza tökülür. Qar, yağış suları və yeraltı sularla qidalanır. Martın axırından iyuna qədər gur sulu olur. Güclü yaz-yay daşqınları müşahidə edilir. Aşağı axınında suvarmada istifadə olunur.

Adın etimalogiyası Tədqiqatçıların fikrincə, oykonim dü (fars. "iki") və Gilan komponentlərindən ibarət olmalıdır. Ehtimal ki, kəndin əhalisi Gilandan gəlmədir. Ordubadın 20 km.-liyində Xarabagilan (yerli əhali Xarabacilan adlandırır) adlı xarabalıq var. Arazın sol qollarından biri Düylün, digəri Gilan adlanır.

Körpülər Düylünçay üzərində Məzrə körpüsü tikilmişdir. Körpünün uzunluğu 5 paqonometrdir. 1996-cı ildə inşa edilmişdir. Körpünün tikilməsi ilə Məzrə, Düylün kəndləri ilə magistral yola çıxış əldə etmişdir.Naxçıvan ensiklopediyası.II cilddə.II cild.Naxçıvan.2005.

İstinadlar

Kateqoriya:Naxçıvan Muxtar Respublikasının çayları