Nöqtəli parabüzən () — qara parlaq rənglidir, özündən dərin və aydın bilinməyən nöqtələri var.
Biologiyası Qara parlaq rənglidir, özündən dərin və aydın bilinməyən nöqtələri var. Sarımtıl başında iri mürəkkəb qara gözləri aydın nəzərə çarpır. Ağız hissəsi sarımtıldır. Buğumlu həssas bığcıqları aydın görünür. Forması uzunsovdur. Kiçikdirlər, 3 cüt (6 ədəd) buğumlu ayaqları var. 1-1,5 mm-dir, yabanı bitkilərdə və bütünlükdə aqrosenozlarda yayılıb. Əsasən aran zonada isti günlərdə daha çox və kütləvi olaraq müşahidə olunur. İldə iki nəsil verir. Xəzəlin altında qışlayır. Tor gənəciyi ilə intensiv qidalanırlar. Sürfələri və yaşlı formaları təbii şəraitdə zərərvericini 80-90 faizə qədər məhv edə bilirlər.Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli, 42
Yayılması Nöqtəli parabüzən Azərbaycanın, o cümlədən də MR-in bütün təbii zonalarında yayılıb.
Ədəbiyyat Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli, 42 Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981 Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.
İstinadlar
Kateqoriya:Buğumayaqlılar Kateqoriya:Altıayaqlılar Kateqoriya:Parabüzənlər