Nataliya Şerstyuk-Timoşkina (qızlıq soyadı: Şerstyuk; d. 25 may 1952; Lezniki, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Nataliya Şerstyuk, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Nataliya Şerstyuk, həm də Dünya Çempionatlarında 2 gümüş və 1 bürünc medala sahib olub.
Karyerası Nataliya Şerstyuk, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Nataliya Şerstyuk növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
İstinadlar
Kateqoriya:1976 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:1976 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:1980 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:1980 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Olimpiya qızıl medalına sahib Ukrayna idmançıları