Tinovroso (, , ) — Böyük Qafqazın Baş Qafqaz silsiləsinda Azərbaycan (Balakən rayonu) və Rusiya (Dağıstan, Tlərata rayonu) və Gürcüstan (Laqodexi bələdiyyəsi) sərhəddində yerləşən dağ. Dağın hündürlüyü 3374 metr təşkil edir.

Oykonim avar dilinə mənsub olan tinov/tinab (kiçik) və rosso (zirvə, dağ) sözlərindən ibaret olub, "kiçik dağ" mənasındadır. Türk dillərində tin sözünün "uc, son, serhed" mənaları da var. Bu baxımdan dağın adı "sərhəd dağ" kimi izah olunur.

Həmçinin bax Beşyataq (dağ)

İstinadlar

Kateqoriya:Balakən rayonunun dağları Kateqoriya:Dağıstan dağları Kateqoriya:Dağ zirvəsi – üçminliklər