Gülgəriçay (, ) — Rusiyanın Dağıstan Respublikasının Süleyman-Stalski və Məhərrəmkənd rayonları ərazisindən axır. Coğrafiya Çıraqçay və Kurax çaylarının birləşməsindən əmələ gəlir. Kiçik Samur çayının bir qolunu təşkil edir. Mənsəbi dənizdən 5 km aralıda yerləşir. Əvvəllər bir başa dənizinə tökülürdü. 1934—1935 illərdə mənsəbdən 3,5 km aralıda çayın önü damba ilə kəsilmişdir. Onun yönü Kiçik Samura yönəldilmişdir.

Tarixi 2011-ci ildə Kumux kəndi ərazisində uzunluğu 1200 m qoruyucu damba inşa edilmişdir. 2015-ci ilin aprelinə qədər burada 400 metr bənd inşa edilmişdir.

Hidrologiyası Gursululuq dövrü yaz-yay dönəminə təsadüf edir. Ən böyük su sərfiyyatı iyuna təsadüf edir. Qarların əriməsi və yaıntınln artması buna imkan verir. Orta illik su sərfiyyatı 9,11 m³/s, maksimal — 280 m³/s təşkil edir. Qolları Ən iri qolları: Çıraqçay, Kurax. Bütün qolları kiçik çay və axarlardır.

Ədəbiyyat Ресурсы поверхностных вод СССР том 9, Закавказье и Дагестан, вып. 3, Дагестан

Mənbə -Официальный сайт Росводресурсов

Kateqoriya:Dağıstan çayları