Naxçıvan Avtomobil Məktəbi — Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş orta-ixtisas təhsili müəssisəsi.
Tarixi Məktəb 1953-cü ildə "Avtomotoklub" adı ilə fəaliyyətə başlamışdır.
OADKYC yarandıqdan sonra "Avtomotoklub"un adı dəyişdirilərək, Naxçıvan Avtomobil Məktəbi olmuşdur. 1977-ci ildə Cəmiyyətin (OADKYC) vəsaiti hesabına avtomobil məktəbinin yeni kompleksi tikilib istifadəyə verilmişdir.
2010-cu ildə Naxçıvan Avtomobil Məktəbinin bazasında Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi yaradılmışdırNaxçıvanda Texniki Peşə və Sürücülük Məktəb Kompleksi istifadəyə verilib . muallim.edu.az, 17.08.2012 .
Quruluşu Kompleksə 2 mərtəbəli tədris binası, 60 yerlik avtoqaraj, laboratoriya dərsləri keçirilməsi üçün tədris korpusu, idman meydançası daxildir.
Tədris olunan ixtisaslar Tədris binasında avtomobilin quruluşu, yol hərəkəti qaydaları, təcrübi dərslər Əsasən, xalq təsərrüfatı və milli ordu üçün motosikl, minik avtomobili, yük avtomobili, avtobus, qoşqu-nəqliyyat vasitələri sürücüsü ixtisasları üzrə kadrlar hazırlayır. Məktəb göstəricilərinə görə Cənubi Qafqaz üzrə 3 dəfə, Azərbaycan Respublikası üzrə isə 5 dəfə birinci yer tutmuş, nümunəvi məktəb adına layiq görülmüşdür.
Həmçinin bax Naxçıvan Şahmat Məktəbi
Xarici keçidlər Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində ixtisaslı kadrlar hazırlanır
İstinadlar
Kateqoriya:Naxçıvan məktəbləri Kateqoriya:1953-cü ildə Azərbaycanda yarananlar