thumb|right|220px|Kanadanın Alberta əyalətində yerləşdirilmiş poster. Posterdə İspan qripi haqqında məlumatlar verilir və əhaliyə qoruyucu maskalardan istifadə edilməsi tövsiyə olunurdu. İspan qripi () — 1918–1920-ci illər aralığında H1N1-in alt qrupu olan virusun səbəb olduğu qrip epidemiyası. Güman edilir ki, bu həm yoluxmuş insanların sayında, həm də ölənlərin sayında bəşər tarixində ən geniş yayılmış qrip pandemiyası olmuşdur. Virus dünyada təxminən 550 milyon insan və ya dünya əhalisinin 29,5% -inə təsir göstərmişdir.Супотницкий М. В. Пандемия "испанки" 1918–1920 гг. в контексте других гриппозных пандемий и "птичьего гриппа" Pasifik adalarından Arktika bölgəsinə qədər virusun genişlənməsi onun coğrafiyasından xəbər verir. İspan qripi nəticəsində 50–100 milyon aralığında insanın vəfat etdiyi təxmin edilir. Bu göstərici 1918-ci il üçün dünya əhalisinin 5 % bərabərdir və bu günə qədər bəşər tarixi üçün ən genişmiqyaslı fəlakət hesab olunur.
İspan qripinin əsas xüsusiyyətlərindən biri də zəif, körpə və yaşlı insanlara təsir etməsindən daha çox sağlam və gənc insanları hədəf alması olmuşdur. Birinci Dünya müharibəsinin sonlarına yaxın xəstəlik demək olar ki, bütün dünyanı öz təsiri altına almış və bəzi tarixçilərə görə 4 il davam edən müharibənin yekunlaşmasının əsas səbəblərindən biri olmuşdur. Uzun illər sonra açılan toplu məzarlıqlardan götürülmüş nümunələr əsasında virusun insanlar arasında donuz qripi olaraq tanınan H1N1 ilə bənzərlik təşkil etdiyi müəyyənləşmişdir.
İlk xəstələrin ABŞ-də 1918-ci ilin əvvəllərində görünməsinə baxmayaraq, qripə "İspan" adı verilmişdir. Buna səbəb Birinci Dünya müharibəsində iştirak edən ölkələrin hərbi senzurasının orduda və əhali arasında baş vermiş bir epidemiya barədə xəbərlərə icazə verməməsidir. Elə buna görə də xəstəliyin ispan qripi olaraq adlandırılmasının əsas səbəbi virusun yayılmağa başlamasının ardından ilk reaksiyanın müharibə iştirakçısı olmayan İspaniyadan gəlməsi idi. Belə ki, bir çox dünya dövlətləri baş verən hadisələrə bir ad verə bilmədikləri halda, İspaniya mətbuatı və cəmiyyəti yeni bir virus dalğasının yayıla biləcəyi məsələlərini müzakirə edirdi. Nəticədə neytral İspaniya 1918-ci ilin may-iyun aylarında xəstəliyin pandemiyasını açıq elan edən ilk Avropa ölkəsi oldu. Düşünülənin əksinə virus ilk dəfə İspaniyada yaranmamış və ən çox insan itkisi İspaniyada baş verməmişdir.
İspan qripi H1N1 qrip virusunun yaratdığı iki pandemiyadən birincisi idi; ikincisi isə 2009-cu ildə baş vermiş "donuz qripi" idi. (also here , requires Flash player)
Etimologiyası Adının populyarlığına baxmayaraq, tarixi və epidemioloji məlumatlar İspan qripinin coğrafi mənşəyini müəyyən edə bilmir.
"İspan qripi" adının mənşəyi 1918-ci ilin noyabr ayında Fransadan İspaniyaya vəba xəstəliyinin yayılmasından qaynaqlanır. İspaniya müharibəyə qoşulmayaraq, neytral qalaraq müharibə senzurası tətbiq etməmişdi. Buna görə də qəzetlər epidemiyanın təsiri barədə, kral XIII Alfonsonun ağır xəstəliyi kimi məlumatlar verməkdə azad idilər və geniş yayılmış bu hekayələr, xüsusilə İspaniyada yanlış təəssürat yaradırdı.
1918–1920-ci illərdə İspan qripinin yayılmasından təxminən bir əsr sonra, səhiyyə təşkilatları epidemiyanın coğrafi yerlərin adları ilə adlandırmaqdan imtina etdilər. Bu virus üçün daha müasir terminlərə "1918-ci il qrip pandemiyası", "1918-ci il zökəm pandemiyası" və ya bunların dəyişmələri kimi adlar daxildir.
Tarixi İspan qripi ilk dəfə 1918-ci ilin 11 mart tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatında aşkarlanmışdır. Virus 1918-ci ilin sentyabr-oktyabr aylarında özünün zirvə nöqtəsinə çataraq bütün dünyanı əhatə etmişdir. Qrip epidemiyası nəticəsində təkcə Hindistanda 17 milyon insan vəfat edib. Bu rəqəm həmin dövrdə ölkə əhalisinin 5% bərabərdir. ABŞ əhalisinin təxminən 28 % virusa yoluxmuş və yoluxanlardan 500–675 min civarında insan vəfat etmişdir.
İspan qripindən Böyük Britaniyada 250 min, Fransada isə 400 min insanın vəfat etdiyi ehtimal olunur. Fici adalarında əhalinin 14% 2 həftə kimi qısa müddət ərzində virusun səbəb olduğu xəstəliklərdən vəfat etmişdir.
Xəstəliklərdən vəfat edənlər arasında məşhur simalarda var. İspaniya kralı XIII Alonso, alman sosioloqu və tarixçisi Maks Veber ispan qripindən vəfat edib. Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri Mustafa Kamal Atatürk Samsun hərəkatı zamanı virusa yoluxsa da, Beşiktaş səmtindəki evində aldığı müalicələr nəticəsində xəstəlikdən xilas olmağı bacarmışdır.
Mənbə haqqında hipotezlər Fransadakı İngilis qoşunları Fransanın Etapl bölgəsində Böyük Britaniya qüvvələrinə aid əsgər və xəstəxana düşərgəsinin virusoloq Con Oksford tərəfindən İspan qripinin mərkəzində olması nəzəriyyəsi irəli sürülmüşdür. 1916-cı ilin sonlarında Etapl düşərgəsində qripə bənzər simptomlar yaradan çox ölümə səbəb olan yeni xəstəliyin başlaması tədqiqatlara səbəb oldu. Oksfordun fikrincə, oxşar hadisə 1917-ci ilin martında, Olderşotdakı ordu kazarmalarında da baş vermiş və hərbi həkimlər sonradan bu erkən yayılmaları 1918-ci il qripi ilə eyni xəstəlik kimi qəbul etmişdilər. Dolu olan düşərgə və xəstəxana, tənəffüs virusunun yayılması üçün ideal yer idi. Xəstəxanda minlərlə kimyəvi hücum qurbanları müalicə olunurdu, həmçinin digər müharibə qurbanları və hər gün 100.000 əsgər düşərgədən keçirdi. Hərbi Hospital həm də donuzçuluq ferması idi və ətraf kəndlərdən qida təchizatı üçün müntəzəm olaraq ev quşları gətirilirdi. Oksford və qrupu, quşlarda yaşayan əhəmiyyətli prekursor virusunun mutasiya etdiyini, sonra cəbhənin yaxınlığında saxlanılan donuzlara keçdiyi fikrinə gəlmişdilər.
Çin Tibb Dərnəyi jurnalının 2016-cı il üçün olan bir hesabatında,1918-ci il virusunun Avropa ordularında aylar və bəlkə də 1918-ci il pandemiyasından illər əvvəl dövr etdiyinə dair dəlil göstərilmişdi.
Amerika Birləşmiş Ştatları Epidemiyanın ABŞ-də baş verdiyi barədə müxtəlif nəzəriyyələr mövcuddur. Tarixçi Alfred Krosbi 2003-cü ildə qripin mənbəyinin Kanzasda olduğunu söyləmişdi. Məşhur Amerika alimi Con M. Berri 2004-cü ildə yazdığı məqaləsində xəstəliyin başlanğıc nöqtəsi kimi, 1918-ci ilin yanvarında Kanzasın Haskell dairəsi olaraq təsvir etmişdir.
Təkamül üzrə biologiya professoru Maykl Vorobeyin rəhbərliyi ilə toxuma sürüşmələrinin və tibbi hesabatların 2018-ci ildə edilən bir araşdırması xəstəliyin Kanzasdan gəlməsini inkar edən dəlillər aşkarlamışdır, çünki xəstəlik simptomları eyni vaxtda New Yorkdakı vəziyyətlə müqayisədə daha yüngül idi və ölüm halları cüzilik təşkil edirdi. Tədqiqat filogenetika analizləri nəticəsində, qəti olmasa da virusun Şimali Amerika mənşəli olmasına dair sübutlar tapmışdı. Bundan əlavə, virusun hemagllutin glikoproteinlərinin 1918-dən çox əvvəl olduğu söylənilir və digər tədqiqatlar H1N1 virusunun 1915-ci ildə və ya bu illər ərəfəsində baş verdiyini ehtimal edir.
Çin 1918-ci ildə qrip pandemiyasından az təsirlənən dünyanın bir neçə bölgəsindən biri də Çin idi, burada il ərzində nisbətən yumşaq qrip mövsümü keçmişdi (Çinin Birinci Dünya müharibəsi dövrünə dair məlumatların olmaması səbəbindən bu fikir mübahisəlidir). Çoxsaylı tədqiqatlar dünyanın digər bölgələrinə nisbətən Çində qripdən ölənlərin az olduğunu göstərir. Bu, 1918-ci il qrip pandemiyasının Çində meydana gəldiyi ilə bağlı fərziyyələrə səbəb olmuşdur. Nisbətən yüngül qrip mövsümü və 1918-ci ildə Çində qripdən ölüm nisbətinin daha aşağı olması, Çin əhalisinin qrip virusuna qarşı artıq qazanılmış immuniteti ilə izah edilə bilər.
1993-cü ildə Paster İnstitutu üçün 1918-ci il qripi mövzusunda aparılan tədqiqatların aparıcı mütəxəssisi Klaud Hannoun bu virusun Çindən gəldiyi ehtimalını irəli sürmüşdür. O, virusun daha sonra ABŞ-də Boston yaxınlığında mutasiya etdiyini, oradan Brestə, Fransaya, Avropanın döyüş bölgələrinə, bütün köhnə qitəyə və müttəfiq əsgərləri, dənizçiləri vasitəsilə dünyaya yayıldığını bildirmişdir.
2014-cü ildə tarixçi Mark Hamfri, Böyük Britaniya və Fransada arxa cəbhədə işləmək üçün səfərbər olunan 96.000 çinli işçinin vəba xəstəliyinin qaynağı ola biləcəyini iddia etmişdir. Sent-Consdakı Nyufaundlend Memorial Universitetində Hamfri öz nəticələrini yeni tapılmış sübutlarla əsaslandırmışdır. O, 1917-ci ilin noyabrında Çinin şimalında baş verən tənəffüs yolu xəstəliyinə dair arxiv sənədlərini aşkarlamış və bir il sonra Çinin səhiyyə məmurları tərəfindən bu xəstəliyin İspan qripi ilə eyniyyət təşkil edildiyi müəyyən olunmuşdur.
Çin Tibb Assosasiyasının jurnalında 2016-cı ildə yayımlanan hesabatında 1918-ci il virusunun Çin və Cənub-Şərqi Asiya əsgərləri və işçiləri vasitəsi ilə Avropaya gətirildiyinə dair heç bir dəlil olmadığı, əksinə pandemiyadan əvvəl bu xəstəliyin Avropada yayılmasına dair faktlar əksini tapmışdır. 2016-cı il araşdırması Avropada Çin və Cənub-Şərqi Asiya işçiləri arasında qripdən ölüm nisbətinin (təxminən 1/1000) aşağı olduğunu göstərmişdi. Bu da 1918-ci il ölümcül qrip pandemiyasının həmin işçilərdən qaynaqlana bilməyəcəyi demək idi.
Təkamül üzrə biologiya professoru Maykl Vorobeyin rəhbərliyi ilə toxuma sürüşmələri və tibbi hesabatlara dair 2018-ci ildə etdiyi araşdırması xəstəliyin çinli işçiləri tərəfindən yayılması ehtimalını rədd edən dəlillər aşkarlamışdır. Tibbi hesabatda Vorobey muzdlu işçilərin Avropaya daxil olduğu marşrutu boyu heç bir xəstəlik əlamətlərinin tapılmadığını qeyd edərək, onların bu xəstəliyin əsl sahibləri olmasına aid mülahizələri çürütmüş olmuşdu.
Digərləri Klod Hannoun qripin genezisi ilə bağlı İspaniya, Kanzas və Brest kimi ərazilərdə mümkün olub, olmaması barədə bir neçə alternativ fərziyyələri nəzərdən keçirmişdir. Politoloq Andryu Prays-Smit Avstriya arxivindən tapdığı qripin 1917-ci ilin əvvəllərində başladığını bildirən məlumatları yayımlamışdır.
Yayılması thumb|ABŞ qoşunları I Dünya müharibəsində Avropaya İspan qripini özləri ilə apardılar. Bir yoluxmuş şəxs asqırarsa və ya öskürərsə, yarım milyondan çox virus hissəcikləri yaxınlıqda olan insanları yoluxdurar. Birinci Dünya müharibəsinin getdiyi ərazilərdə insanların kütləvi toplaşması və hərəkəti pandemiyanın yayılmasına şərait yaratdı. Üstəlik müharibə şəraiti ehtimal ki, onun mutasiya edərək artmasına səbəb oldu. Müharibə virusdan ölüm halını da artırdı. Bəziləri əsgərlərin immunitet sistemlərinin zəifliyini qidalanma ilə, həm də döyüş stresi, kimyəvi silahların tətbiqi ilə əlaqələndirir.
Bu qripin dünya miqyasında yayılmasının ən böyük səbəbi səyahət amili oynamışdı. Dövrün nəqliyyat sistemi əsgərlərin, dənizçilərin və mülki səyahətçilərin xəstəliyi yaymasını asanlaşdırdı. Baş verənlərlə bağlı hökumət strukturlarının fəaliyyətsizliyi mülki əhalinivirus qarşısında hazırlıqsız yaxalanmasına gətirib çıxardı. Dövlət strukturlarının daha bir səhvi isə virusun olması ehtimalını inkar etməsi olmuşdu.
ABŞ-də xəstəlik ilk dəfə 1918-ci ilin yanvarında Kanzasın Haskell dairəsində müşahidə edildi və yerli həkim Lorinq Mineri ABŞ İctimai Səhiyyə Xidmətinin akademik jurnalını əhalini xəbərdar etməyə çağırdı. 4 mart 1918-ci ildə, şirkətin aşpazı Alkas Gitçell, Haskell dairəsindəki Fort Rileydə xəstə olduğunu bildirdi, bu zaman Birinci Dünya müharibəsi əsnasında Amerika əsgərlərinə təlim keçən ABŞ hərbi obyekti onu qripin ilk qeydə alınan qurbanı olduğunu bildirdi. Günlə ərzində, düşərgədəki 522 kişinin xəstə olduğu bildirildi. 11 mart 1918-ci ildə, virus Nyu-Yorkun Kuins bölgəsinə çatdı. Mart / aprel aylarında virusa qarşı profilaktik tədbirlərin görülməməsi daha sonra bir çox şəxslər tərəfindən hökumət orqanları tənqid edildi.
1918-ci ilin avqustunda Fransanın Brest şəhərində; Fritaun, Syerra-Leone ilə eyni zamanda ABŞ-də sentyabr ayında Bostondan 30 mil qərbdə, Boston Nevi Yard və Cemp Devinsdə (sonradan Fort Devins adlandırıldı) daha güclü epidemiya ocaqları meydana gəldi. Qoşunların Avropadan daşınması ilə ABŞ-nin digər əraziləri də tezliklə epidemiya mərkəzinə çevrildi. İspan qripi İrland əsgərlərinin geriyə qaytarılması ilə İrlandiyada da yayıldı.
Profilaktikası