Buake Bvake (Bouaké, Bwake) — Kot-d’İvuar Respublikasının mərkəzi hissəsində şəhər, Valedü Bandama vilayətinin inzibati mərkəzi.Buake// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 12-13. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Əhalisi Əh. 659,2 min (2010); əhalisinin sayına görə ölkənin ikinci şəhəri. Avtomobil yolları qovşağı. Dəmiryol stansiyası. Beynəlxalq aeroport.
Tarixi 1899-cu ildə fransız fortu kimi salınmışdır.
Memarlığı Pambıqçılıq ETİ Universiteti, Pyer Rişe institutu (1973; tropik təbabət sahəsində tədqiqatlar), Meşəçilik məktəbi var.
Sənayesi Buake kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (qəhvə, kakao, pambıq, çəltik, yams, sizal, tütün və s.). Yeyinti, toxuculuq, dəri-ayaqqabı, tütün sənayesi; pambıqtəmizləmə və çəltiktəmizləmə müəssisələri; İES var.
Həmçinin bax Abican
İstinadlar
Xarici keçidlər Buake səyahət təlimatçısı
Kateqoriya:Kot-d'İvuar şəhərləri