Nyu-York metropoliteni — Nyu-York şəhərinə məxsus metrodur və ştat idarəsində olan Metropolitan Transportation Authority (MTA) şirkətinin törəmə idarəsi olan New York City Transit Authority-ə icarəyə verilmişdir.Hood, Clifton. 722 Miles. Baltimore, Maryland: Johns Hopkins University Press, 2004. 1904-cü ildə açılan Nyu-York metropoliteni dünyanın ən qədim ictimai nəqliyyat sistemlərindən və ən çox istifadə olunan metro sistemlərindən biridir və ən çox stansiyaya malik olan metro sistemidir. İlin hər günü 24 saat xidmət göstərir.
Nyu-York metropoliteni fəaliyyətdə olan stansiyası ilə dünyanın ən geniş metrosudur (keçid stansiyaları bir stansiya kimi hesablanarsa stansiya). Stansiyalar Manhetten, Kuins, Bruklin və Bronks borolarının ərazisində yerləşir. Staten-Aylend dəmiryolları rəsmən metronun bir hissəsi sayılmır, belə ki, bu, metro sistemi ilə dəmir yolu əlaqəsi yoxdur, ona görə də digər borolara gedən sərnişinlər Staten-Aylend Ferri və ya MTA Regional Bus Operations istifadə edirlər, bununla belə Nyu-York metrosundan və MTA avtobuslarından ödənişsiz istifadə edə bilirlər. Müvafiq olaraq Manhetten və Kuinsdə yerləşən PATH və AirTrain JFK metronun MetroCard-ını qəbul edir, lakin MTA tərəfindən idarə edilmir və ödənişsiz transferə icazə vermir. MTA tərəfindən idarə edilməyən digər kütləvi nəqliyyat xidməti olan Rusvelt adası kanat yolu MTA və avtobus xidmətinə ödənişsiz transferə icazə verir.
Sistem həmçinin dünyanın ən uzun sistemlərindən biridir. Ümumiyyətlə, sistem marşruta, gəlirli relsə və qeyri-gəlirli rels ilə birlikdə ümumi relsə sahibdir.
İllik sərnişin dövriyyəsinə görə Nyu-York metropoliteni qərb yarımkürəsinin ən işlək metrosudur və Pekin, Şanxay, Seul, Tokio, Quançjou və Moskva metropolitenindən sonra dünyanın ən işlək 7-ci metrosudur. 2015-ci ildə metro həftəiçi ortalama təxminən gündəlik 5.7 milyon, həftəsonu ümumilikdə 5.9 milyon (şənbə günləri 3.3 milyon, bazar günləri 2.7 milyon) olmaqla illik 1.76 milyarddan çox minik həyata keçirmişdir. Sərnişin daşınması artmaqda davam edir və 1985-ci ildən müntəzəm şəkildə izlənilən birgünlük sərnişin daşıması 23 sentyabr 2014-cü ildə 6.1 milyon sərnişin ilə rekord qırmışdır.İctimailəşdikdən sonra ən yüksək gündəlik sərnişin daşıma. XX əsrin ilk yarısında sərnişin daşıması əhəmiyyətli dərəcədə artıq idi.
Sistemin marşrutdan qatarı, Franklin-Avenyu məkiyi və Rokavey-Park məkiyi istisna olmaqla marşrut Manhetten ərazisindən keçir. Metronun Menhettendən kənardakı yerlərinin böyük hissəsi dambalarda və ya açıq kəsiklərdə olmaqla yerüstü və relsin bir neçə hissəsi qrunt səviyyəsindədir. "Metro" adlansa da ümumi relslərin 40 faizi yerüstüdür. Xətlərin və stansiyaların çoxunda ekspress və yerli marşrutlar var. Bu xətlərdə üç və ya dörd rels var. Əsasən xarici iki rels lokal qatarlar, daxili bir və ya iki rels isə ekspress qatarlar üçün istifadə edilir. Ekspress qatarların xidmət etdiyi stansiyalar, əsasən, böyük keçid nöqtələri və ya istiqamətləridir.
Tarixi
thumb|Leksinqton-Avenyu xəttinin Siti-Holl stansiyası 27 oktyabr 1904-cü ildə açılmışdı.
1869-cu ildə Alfred Eli Biç Nyu-York şəhərində ilk dəfə yeraltı nəqliyyat sisteminin nümayişini təşkil etdi və 1870-ci ilin fevralında açılış oldu. Onun sadəcə uzunluğundakı Beach Pneumatic Transit sistemi Aşağı Manhettendə Brodveyin altından keçərək Uorren küçəsindən Mürrey küçəsinə qədər xidmət göstərirdi və onun pnevmatik boru texnologiyası ilə hərəkət edən metro ideyasını nümayiş etdirirdi. Tünel siyasi və maliyyə səbəbləri ilə genişləndirilmədi, baxmayaraq ki, tunelin cənubda Betteri-Park və şimalda isə Harlem çayına qədər genişləndirilməsi planlaşdırılırdı. (extract from Scientific American March 5, 1870) (1912-ci ildə indiki Brodvey xəttini qazan işçilər xətti keçmiş Beach tunelinin içərisinə qazmışdılar; bu gün Brodveyin altındakı Siti-Holl stansiyasının hüdudları içərisində olduğu üçün bu xəttin heç bir hissəsi tunel olaraq mövcud deyil.nycsubway.org—Beach Pneumatic Transit )
1888-ci ildəki Böyük çovğun yeraltı nəqliyyat sisteminin faydalarını nümayiş etdirməyə kömək etdi. Metronun tikintisinin planı 1894-cü ildə təsdiq olundu və tikinti 1900-cü ildə başlandı. Metronun ilk yeraltı xətti 27 oktyabr 1904-cü ildə, demək olar ki, Nyu-York şəhərində ilk yerüstü xətt olan Doqquzuncu avenyu xətti, IRT-dən 36 il sonra açıldı.James Blaine Walker, Fifty Years of Rapid Transit, 1864–1917 , published 1918, pp. 162–191 Gediş haqqı $0.05 idi və ilk gün qatarlar 15 mindən çox sərnişin daşımışdı. Hələ də istifadədə olan ən qədim struktur Bruklində Leksinqton-Avenyu xətti, BMT-nin bir hissəsi kimi 1885-ci ildə açılıb və indi də Jameyka xətti, BMT-nin bir hissəsidir. Ən qədim servitut Koni-Aylend körfəzi yaxınlığında Vest-End xətti, BMT-nin bir hissəsi olmuş və 1864-cü ildə fəaliyyət göstərmiş Brooklyn, Bath and Coney Island Rail Road adlı buxar dəmir yolu xətti olmuşdu.
1904-cü ildə ilk dəfə metro açıldıqda xətlər Brooklyn Rapid Transit Company (BRT, daha sonra Brooklyn–Manhattan Transit Corporation, BMT) və Interborough Rapid Transit Company (IRT) adlı iki özəl sisyemə birləşdirilmişdi. Şəhər xətlərin əksəriyyətini tikib və bu şirkətlərə icarəyə vermişdi. Şəhər mülkiyyətində və idarəsində olan ilk xətt Independent Subway System (IND) 1932-ci ildə açılmışdı; bu sistem özəl sistemlər ilə rəqabət aparmaq və bəzi yerüstü dəmiryolu xətlərinin yıxılmasına imkan yaratmaq üçün yaradılmışdı, lakin kiçik başlanğıc kapitalına malik olduğuna görə sadəcə şəhərin əsas hissəsini əhatə edə bildi. Xərclərin ödənilməsi üçün o vaxtkı populyar beş sent gediş haqqını iki dəfə artırmağa məcbur oldular.
1940-cı ildə şəhər iki özəl sistemi satın aldı. Dərhal bəzi yerüstü xətlərin xidmədi dayandırıldı, digərləri isə bundan az sonra bağlandı. İnteqrasiya yavaş idi, lakin IND və BMT arasında bir neçə keçid yaradıldı; bunlar indi B Diviziyası adı ilə fəaliyyət göstərirlər. IRT tunellərinin, kəskin döngələrinin və stansiyaların kiçik olması və burada B Diviziyasının vaqonlarının sığışmaması səbəbi ilə tək qalaraq A Diviziyasını əmələ gətirdi. Bununla belə, bütün üç köhnə şirkətin stansiyaları arasında bir çox sərnişin keçidləri yaradıldı və bütün şəbəkənin bir vahid kimi qəbul edilməsinə imkan verdi.
1953-cü ildə metro, avtobus və tramvay fəaliyyətlərini öz üstünə götürən Nyu-York şəhərinin sədrliyində New York City Transit Authority (NYCTA) adlı orqan yaradıldı və 1968-ci ildə ştat səviyyəsində Metropolitan Transportation Authority-nin nəzarətinə verildi.
thumb|left|Qraffiti 1970-ci illərdə azalmış xidmətin görkəmli simvolu oldu.
BRT, IRT və IND nəqliyyat işçiləri tərəfindən 1934-ci ildə təşkil olunmuş Transport Workers Union of America Local 100 ən böyük və ən nüfuzlu yerli həmkarlar ittifaqı olaraq qalır. Birliyin qurulduğu gündən etibarən MTA ilə müqavilə mübahisələrinə görə üç ittifaq tətili baş vermişdir: 1966-cı ildə 12 gün, 1980-cı ildə 11 gün və 2005-ci ildə üç gün.
1970-ci və 1980-ci illərdə Nyu-York metropoliteni ən pis günlərini yaşayırdı.nycsubway.org — The New York Transit Authority in the 1970s nycsubway.org — The New York Transit Authority in the 1980s Sərnişindaşıma 1910-cu illərdəki səviyyə düşmüşdü, metroda qraffiti və cinayət tüğyan edirdi; Ümumiyyətlə, metro həmin müddət ərzində çox istismar edilmişdi və gecikmələr və yol problemləri adət halını almışdı. Bununla yanaşı, NYCTA 1980-ci illərdə altı yeni metro stansiyası açmağı bacarmış, metro vaqonlarının hamısını qraffitilərdən təmizləmiş və 1,775 yeni metro vaqonu sifariş vermişdi. 1990-cı illərin əvvəllərində vəziyyət xeyli yaxşılaşmışdı, baxmayaraq ki, bu 20 il ərzində yığılmış istismar problemləri günümüzə qədər həll edilir.
XXI əsrə daxil olarkən bir neçə fəlakətə baxmayaraq irəliləyiş davam etdi. 11 sentyabr terror aktları Aşağı Manhettendə fəaliyyət göstərən xətlərdə, xüsusilə Dünya Ticarət Mərkəzinin tam altından keçən Brodvey-Yeddinci avenyu xəttində xidmət məhdudiyyətlər ilə nəticələndi. Əkiz qüllələrin birbaşa altında olan tunelin bir hissəsinə, həmçinin Kortlandt-Strit stansiyasına ciddi ziyan dəydi. Yenidənqurma işləri Çambers küçəsindən cənubundakı xətdə xidmətin dayanarılımasına səbəb oldu. Yaxınlıqdakı digər on stansiya təmizlənməsi üçün bağlanıldı. 2002-ci ilin martında bu stansiyalardan artıq yeddisi yenidən açılmışdı. Qalanları (Brodvey-Yeddinci avenyu xəttindəki Kortlandt-Strit istisna olmaqla)Kennedy, Randy. "Tunnel Vision; With Station's Reopening, Even Commuters Smile" , The New York Times, 17 sentyabr, 2002. İstifadə tarixi: 6 oktyabr, 2007. 15 sentyabr 2002-ci ildə Çambers küçəsinin cəbunundakı xidmətlə birgə yenidən açıldı. 2012-ci ildə Sendi qasırğası nəticəsində bir neçə sualtı tunel və Nyu-York limanı yaxınlığında digər obyektləri, habelə Jameyka buxtası üzərindəki dəmiryol xətlərini su basaraq ziyan vurdu. Təxirəsalınmaz ziyanlar altı ay ərzində düzəldildi amma uzunmüddətli davamlılıq və bərpa layihələri davam edir.
Tikinti üsulları
thumb|left|7-ci xəttin genişləndirilməsi layihəsi çərçivəsində döşənmiş relslər. 1904-cü ildə IRT metrosu açılanda tipik tunel tikinti üsulu kəsmə-örtmə olmuşdur. Küçə dağıdılaraq tunel salınır, daha sonra üstü örtülürdü. Küçənin üstü qazıldığı üçün nəqliyyatın hərəkəti kəsilirdi. Müvəqqəti polad və taxta körpülər tikinti üzərindən yerüstü nəqliyyatı təmin edirdi.
Bu tip tikinti işlərinin podratçıları həm təbii, həm də insan səbəbli bir çox maneə ilə üzləşdilər. Onlar qaya parçaları və nasoslanmağı lazım olan qrunt suları ilə əlaqədar problemləri həll etməyə məcbur oldular. On iki millik kanalizasiya, su və qaz şəbəkəsi, elektrik kanalları və buxar boruları yenidən istiqamətləndirilməli idi. İşin yerinə yetirilməsi üçün küçədəki dəmir yolları da qazılmalı idi. Hündürmərtəbəli binaların özülləri metro inşaatının yaxınlığında idi və bəzi hallarda təhlükəsizliyi təmin etmək məqsədi ilə onların özülünün bərkidiləməsi lazım olurdu.
Bu üsul küçə səthinə yaxın yumşaq torpaq və çınqılı qazmaq üçün əla işləyirdi. Bununla belə, daha dərin hissələr üçün tunel qalxanları tələb olunurdu, məsələn, dəmir borulardan istifadə edən Harlem və İst-River tünelləri. Park-Avenyu altında 33-cü stritdən 42-ci stritə, Brodveyin altında 116-ci stritdən 120-ci stritə, Brodvey və Müqəddəs Nikolas küçəsinin altında 145-ci stritdən Daykman-Stritə, 96-cı strit və Brodveydən Şimal Sentral-Park və Lenoks-Avenyuya qədər olan hissəsində qaya və ya beton örtülü tunellər istifadə edilmişdir.
Metro sisteminin təxminən 40% -i səthdə və ya yüksək səthlərdə, o cümlədən polad və çuqun estakadalar, beton viaduklar, dambalar, açıq kəsiklər və yerüstü marşrutlardan ibarətdir. Bütün bu tikinti üsulları yol və piyada keçidlərindən tamamilə və bir çox iki metronun kəsişməsi uçuşan qovşaqlar vasitəsilə üfiqi fərqlidir. Müntəzəm xidmətdə olan iki xəttin eyni yüksəklikdə kəsişməsində yeganə istisna 142-ci strit kəsişməsi və Mertl-Avenyu kəsişməsidir, hər ikisində relslər eyni yüksəklikdədir.
Orijinal metro xətlərini inşa edən 7,700 işçi əsasən Manhettendə yaşayan immiqrantlar idi.
Ən son layihələrdə tunel qazma maşınlarından istifadə edilir, bu da xərcləri artırır. Onlar küçə səviyyəsində pozuntuları minimuma endirirlər və artıq mövcud kommunal xidmətlərə toxunmurlar. Belə layihələrə Flaşinq xəttinin genişləndirilməsi və İkinci avenyu metrosunu nümunə göstərmək olar.
Genişləndirmə
thumb|İkinci avenyu metrosu İctimai İnformasiya Mərkəzi