Qarabaş dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 1727,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun  eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı  ayrılmasının suayırıcısında zirvə. Şahbuzkənddən 3,5 km cənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş yarımlay dəstəsinin   terrigen-çökmə  süxurlarından təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Türkeş-Milax antiklinalının şimal-şərq qanadında yerləşir.

Həmçinin bax Abdal (dağ) Cuğağıl dağı Bəzəkli dağı Bağırsaq dağı

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun dağları