Sarmıq — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Hündürlüyü 2295 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) cənub-qərb istiqamətdə ayrılan Yamacyurd qolunda zirvə. Keçili kəndindən 1,5 m şimal-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Cənub-qərb yamacından şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulmaları keçir. Həmçinin bax: Almalıdağ Xarxat dağı Kəsəndağ Keçəltəpə Arısu

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri

Kateqoriya:Şahbuz rayonu