Orogenez və ya Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrüdür.
Bəzi tədqiqatçılar (Mossakovski, 1965) orogen dövrü üç mərhələyə ayırırlar: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlərə görə, yer qabığının yaranması tarixində orogen və epeyrogen (epeyrogenik tektonik hərəkətlər dedikdə, geniş sahələrin qalxma və ya enməsinə səbəb olan, lakin onların strukturunu dəyişməyən zəif əsri hərəkətlər nəzərdə tutulur) mərhələlərinin növbələşməsini mümkün sayılmır. Şatskiyə əsasən (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçidin olduğu hesab olunur.
Geomorofloji termin Orogen (, ) (yunanca oros — dağ və genos — əmələ gəlmə, yaranma deməkdir) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. "Orogen" termini ilk dəfə 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdi.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Həmçinin bax
Laxar brekçiyaları Torpaq Dağ əmələgəlməsi
Kateqoriya:Geologiya Kateqoriya:Geomorfoloji terminlər Kateqoriya:Geoloji proseslər Kateqoriya:Tektonik plitələr