Rik Karsdorp (11 fevral 1995-ci ildə anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda müdafiənin sağ cinahında çıxış edən peşəkar Niderland futbolçusu.

Klub karyerası

Feyenoord Karsdorp futbolçu karyerasına VV Skoonhoven klubunda başlamışdır. Daha sonra Feyenoord klubuna transfer olmuşdur. Karsdorp Feyenoord Akademiyası proqramı vasitəsilə inkişaf etmişdir. O, əsas komanda ilə debütünü 6 avqust 2014-cü ildə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Beşiktaş klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqəd Yordi Klasieni əvəz etmiş və komandası 3-1 hesabı ilə məğlub olmuşdur.

Roma 28 iyun 2017-ci ildə Karsdorp 14 milyon avro qarşılığında Roma klubu ilə beş illik müqavilə imzalamışdır. Roma klubu daha sonra əlavə 5 milyon avro ödəyəcək. Beləliklə, Karsdorp Feyenoord klubunun ən bahalı transferi kimi klubun tarixinə adını yazdırmışdır.

Milli karyerası Karsdorp ilk dəfə Niderland millisinə 2015-ci ilin sentyabr ayında UEFA Avro 2016 təsnifat mərhələsində Qazaxıstan və Çexiya milliləri ilə oyun üçün çağırılmışdır. O, növbəti dəfə 2016-cı ilin mart ayında Fransa və İngiltərə milliləri oynanılan yoldaşlıq oyunları üçün milliyə dəvət edilmişdir.

Karyeras statistikası

Klub

Klub Mövsüm Liqa Kubok Kontinental Digər Ümumi Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Niderland Liqa KNVB Kuboku Avropa Digər ÜmumiFeyenoord2014–15Erediviziya1900010102102015–1629060––3502016–17301406010411 Ümumi7811007020971 Ümumi karyera7811007020971

Uğurları Feyenoord Erediviziya: 2016–17 KNVB Kuboku: 2015–16

İstinadlar

Xarici keçidlər Netherlands profile at OnsOranje

Kateqoriya:Niderland futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Legioner Niderland futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Niderland milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Feyenoord FK futbolçuları Kateqoriya:PSV Eyndhoven FK futbolçuları Kateqoriya:UEFA Konfrans Liqası qalib futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Niderlandlı legioner kişi futbolçular