Əminə Abbas qızı Nağıyeva (Sultanova) () — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943).

Həyatı Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür.İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. s.364

1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Böyükxanım, Sabit Rəhmanın "Xoşbəxtlər" tamaşasında Maralı (1941) misal göstərmək olar.

Filmoqrafiya Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: mamaça Bir məhəllədən iki nəfər (film, 1957) Bizim küçə (film, 1961) Həyat bizi sınayır (film, 1972) Qəribə əhvalat (film, 1960) Qızıl qaz (film, 1972)

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri