Samir İbrahim oğlu Məsimov (25 avqust 1995-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubunda hücuma meylli yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir.

Klub karyerası Samir Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Məsimov Lokomotiv Moskva akademiyası vasitəsilə inkişaf etmişdir. O, ölkənin ən istedadlı futbolçularından biridir.

Samir Məsimov 23 yanvar 2014-cü ildə Neftçi Bakı klubu ilə beş illik müqavilə imzalamışdır. O, 2014-cü ildə Neftçi Bakı klubunun heyətində 2013-14 UEFA Avropa Liqasının təsnifat mərhələsində iştirak etmək üçün əsas komandaya dəvət almışdır. 17 may 2014-cü ildə Samir Qəbələ klubu ilə Azərbaycan Kubokunun final oyununa əsas heyətdə start vermişdir. Neftçi 1-0 geridə olarkən Məsimov bərabərlik qolunun müəllifi olmuşdur. Oyun 1-1 hesabı ilə başa çatsa da, Neftçi penaltilər seriyasında qalib gələrək kubokun sahibi olmuşdur. Məsimov Oyunun adamı mükafatına layiq görülmüşdür.

9 fevral 2016-cı ildə Məsimov Domjale klubu ilə üç illik müqavilə imzalamışdır. Məsimov klubu ilə debütünü 6 mart 2016-cı ildə Qoritsa klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə meydana daxil olmuş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.

Milli karyerası Məsimov Azərbaycan U-19 milli futbol komandası ilə debütünü 2013-cü ildə etmişdir. O, 2014-cü ilin may ayında Azərbaycan U-21 milli futbol komandasına dəvət almışdır.

Karyera statistikası

KlubMövsümLiqaLiqaKubokAvropaDigərÜmumiOyunQolOyunQolOyunQolOyunQolOyunQolNeftçi2013–14Premyer Liqa13021–1512014–152826060–4022015–161000020–120 Ümumi 51 2 8 1 8 0 0 0 67 3 Domjale2015–16 PrvaLiqa5010–602016–17000000–00 Ümumi 5 0 1 0 0 0 0 0 6 0 AZAL2016–17 Premyer Liqa8000–80Ümumi karyera642918000813

Uğurları

Klub Neftçi Bakı Azərbaycan Kuboku: (1) 2013–14

İstinadlar

Xarici keçidlər Профиль на Sports.ru

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Ximki FK futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular