Mətanət Mirsadiq qızı Ağamirli () — Əməkdar jurnalist, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İcraçı katibi
Həyatı Mətanət Ağamirli Ağdam rayonunda anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Politologiya ixtisası üzrə bitirmişdir.
Fəaliyyəti 1995–2000-ci illərdə "Press Fakt" və "Gündəlik xəbərlər", "Bizim Əsr" qəzetlərində çalışmışdır. 2000-ci ildən etibarən Lider televiziyasında jurnalist, aparıcı, prodüser kimi çalışır. 2004–2005-ci illərdə Lider TV-nin Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərmişdir. Ötən illər ərzində "Sədadan sonra", "Mövqe", "Portretlər silsiləsindən", "Səda+", "Gender", "Səda 24", "Seçim" kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı kimi tanınır. 2000–2003-cü illərdə Ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olmuşdur. 2011-ci ildən paralel olaraq YAP Qadınlar Şurasının nəşri olan "Zəriflik" jurnalının redaktorudur. 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunmuşdur. 2020–2021-ci illərdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin üzvü seçilib. 26 may 2021-ci ildən AQSİA İcraçı katibi təyin olunub.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Kateqoriya:Azərbaycan qadın jurnalistləri