Karlhaynz Brandenburq (; ) — Alman elektrik mühəndisi və riyaziyyatçıdır.

Həyatı Karlhaynz Brandenburq 20 iyun 1954-cü ildə Erlangen şəhərində anadan olmuşdur

Fəaliyyəti Alman tədqiqatçısı Karlhaynz Brandenburq MP3 musiqi formatının yaradıcılarından biridir. MP3 formatının üstünlüyü ondadır ki, o, səs fayllarını keyfiyyətini saxlamaqla 10 dəfəyə yaxın sıxmağa imkan verir. İlk dəfə o, Syuzan Veqanın "Tom’s diner" mahnısını MP3 formatında kodlaşdırmışdır. Hazırda Brandenburq Almaniyanın ən nüfuzlu elmi tədqiqat müəssisələrindən biri olan Fraunqover İnstitutunun (Fraunhofer-Institute) şöbə müdiri vəzifəsində çalışır.

Ədəbiyyat Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

İstinadlar

Kateqoriya:Almaniya alimləri Kateqoriya:Almaniya riyaziyyatçıları Kateqoriya:İxtiraçılar Kateqoriya:Almaniya ixtiraçıları