Vsevolod Mixayloviç Vorobyov () — Sovet və Ukrayna pianoçu, pedaqoq, Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının professoru.
Həyatı Vsevolod Vorobyov 1925-ci il oktyabrın 22-də Gəncə şəhərində anadan olmuşdur, Tbilisi Konservatoriyasında təhsil almışdır. 1953-cü ildə Çaykovski adına Kiyev Konservatoriyasının xüsusi fortepiano kafedrasında pedaqoji fəaliyyətə başladı və onun bütün yaradıcılıq ömrü orada keçdi.
Svyatoslav Rixter, Dmitriy Başkirov, Tatyana Nikolayeva, Vladimir Nilsen kimi görkəmli pianoçular onun yaxın dostları idilər.
23 iyun 2010-cu ildə Kiyevdə vəfat etmişdir. Lukyanov qəbirstanlığında dəfn olunmuşdur.
İstinadlar
Xarici keçidlər Vsevolod Vorobyov Youtube-da http://www.nbuv.gov.ua/portal/Soc_Gum/Nvnmau/2009_82/134.pdf http://rg.kiev.ua/page5/article7928/
Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Kiyevdə vəfat edənlər Kateqoriya:Lukyanovski qəbiristanlığında dəfn olunanlar Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:Ukrayna professorları