Antropogen terminlər-()
Antropogen çirklənmə İnsanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir, o cümlədən təbii çirklənmənin tərkibinə və intensivliyinə bilavasitə və vasitəli təsir göstərir. Məsələn: hidrotikintilər aparmaq, yol örtüyü salmaq yolu ilə və s.Qərib Məmmədov, Mahmud Xəlilov. Ekoloqlarin məlumat kitabi. Bakı-Elm-2003.
Antropogen eroziya İnsanların düzgün olmayan təsərrüfat fəaliyyəti (meyilli yamacların başdan-başa şumlanması, meşələrin məhv edilməsi, otarma və suvarma normalarının pozulması, müxtəlif qazıntı işləri və s.) nəticəsində baş verən eroziya prosesi.
Antropogen relyef Qurunun insan fəaliyyəti nəticəsində dəyişilmiş və ya yaradılmış relyefi. İki cür antropogen relyef ayrılır: kortəbii və istiqamət verilmiş antropogen relyef (yamaclarda düzəldilən terraslar, tökmələr, torpaq bənd və s.)
Antropogen torpaqlar İnsan fəaliyyəti nəticəsində yeni torpaq tipi yaratmağa yönələn təsir (mədəni, becərilən torpaqlar), torpaqəmələgətirən amilləri dəyişməklə (təkrar şorlaşma), həmçinin sənaye, mülki və yol çəkilməsi zamanı təbii torpaq örtüyünün pozulması ilə əmələ gəlir.
Antropogen səhralar Antropogen səhralar insanın təbiətə bilavasitə və vasitəli təsiri nəticəsində yaranan səhralardır. Bu səhraların sahəsin getdikcə genişlənir və 10 mln km²-ə çatmışdır (qurunun 7%ni təşkil edir). Dünyanın bütün səhralarının antropogen olması haqda fikir yürüdülür.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.
Antropogen mühit Canlı orqanizmləri əhatə edən və insan tərəfindən dəyişdirilən ətraf mühit.
Antropogen populyasiyalar İnsan tərəfindən introduksiya nəticəsində yaranan populyasiyalar, onların çoxalması, yayılması.
Antropogen seyrelmə Ayn-ayn bitki və ya heyvanın sıxlığının insan fəaliyyəti nəticəsində seyrəlməsiMəmmədov Q.Ş.Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008.
Antropogen suksessiya İnsanın təsərrüfat fəaliyyəti, onun birbaşa və ya dolayı yolla ekosistemə təsiri (meşənin qırılması, atmosferin qazlarla çirklənməsi və s.) nəticəsində baş verir.
Antropogen təzyiq İnsanın onu əhatə edən ətraf mühitə bilavasitə və vasitəli təsiri.
Həmçinin bax Dördüncü dövr Antropogen landşaft Antropogen metabolizm
Xarici keçid İnsan — ətraf mühit sistemi
İstinadlar
Kateqoriya:Coğrafiya Kateqoriya:Terminologiya Kateqoriya:Antropologiya