Nabatdağ  – Ordubad rayonu ərazisində dağ (hünd. 3393,0 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosen yaşlı sönmüş vulkanın   aqlomerat və brekçiyavari andezit-porfirit lavalarından təşkil olunmuş sıldırım  yamaclı konusvari  yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma və Zəngəzur qalxım zonalarını ayıran Şərqi Ordubad dərinlik qırılması zonasında yerləşir. 

Həmçinin bax: Ağdaban dağı Xarxat dağı Bərdidaş dağı İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları