Cos (Jos) — Nigeriyanın mərkəzi hissəsində şəhər. Plato ştatının inzibati mərkəzi.Cos// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 390. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Əhalisi Əhalisi 860,9 min (2007).
Coğrafiyası Cos platosunda təqribən 1250 m yük səklikdə yerləşir. Avtomobil yolları qovşağı, dəmiryol stansiyası (1914-cü ildən).
Tarixi Əsası 20-ci əsrin əvvəllərində ingilislər tərəfindən qoyulmuşdur. 1967-ci ildən Benue-Plato ştatının, 1975-ci ildən Plato ştatının inzibati mərkəzidir.
Memarlığı Roma-katolik kilsəsi arxiyepiskopunun iqamətgahı burada yerləşir. Universitet (1975), YUNESKO-nun muzeyşünaslıq məktəbi; Milli muzey (1952; Nok mədəniyyəti terrakota və müasir Nigeriya keramika kolleksiyaları), Afrika Tədqiqatları İnstitutunun muzeyi (1965; yoruba incəsənəti əsərləri), açıq səma altında ənənəvi Afrika memarlığı muzeyi; Botanika bağı, zoopark var.
Sənayesi Cos mədən rayonu mərkəzidir (qalay, niobium, tantal, volfram filizləri yataqlarının işlənilməsi). Qalayəritmə, poladyayma, mexaniki təmir zavodu, yeyinti sənayesi (o cümlədən pivə istehsalı) müəssisələri fəaliyyət göstərir; mebel, cut parça istehsal olunur; oduncaq, xam dəri emal olunur. Kurort zonasıdır. Cosdan 50 km cənubda Neolit dövrünə aid düşərgələr vardır.
Qalereya
Həmçinin bax Abuca Laqos
İstinadlar
Xarici keçidlər Cos təpələrinin arasında haykinq
Kateqoriya:Nigeriya şəhərləri Kateqoriya:Plato ştatı