Torpaqların ekologiyası — kənd təsərrüfatı ekologiyasının bölməsi; torpaqdan istifadə şəraitini təyin edən təbii faktorları öyrənir. Torpaqların ekologiyası təbiətin mühafizəsi fəaliyyəti ilə sıx bağlıdır. Bu termini L. Q. Ramenski (1938) təklif etmişdir.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

Torpaqların ekoloji mübitlik modeliredaktə Torpaqların ekoloji münbitlik modeli torpaqların münbitlik modeli-bitki məhsuldarlığının müəyyən səviyyəsinə uyğun gələn aqronomik cəhətdən əhəmiyyətli torpağın xassələri və rejimlərinin məcmusu hesab olunur. Bu istiqamətdə olan materiallara və respublikamızda aparılan torpaq-aqroekoloji tədqiqatlara, ayrı-ayrı regionların təbii şəraitinin təhlilinə əsaslanaraq, bitkilərin (taxıl, pambıq, üzüm, çay, meyvə, otlaq, meşə) tələbatından asılı olaraq müxtəlif torpaqlar üçün münbitlik modeli işlənmişdir. Zonal əkinçilik sistemləri çərçivəsində münbitliyin idarə edilməsi əhəmiyyətinə görə Azərbaycan torpaqlarının xassələrinin faktiki və optimal parametrləri əsasında doqquz blokdan ibarət münbitlik modeli hazırlanmışdır:

Aqroekoloji blok Torpaq tərkibi bloku Torpaq rejimləri bloku Torpaq xassələri bloku Qiymətləndirmə bloku Biometriya bloku Torpaq faunası bloku Aqromeliorasiya bloku Monitorinq bloku

Torpaqların ekoloji mübitlik modeli Torpaqların ekoloji münbitlik modeli torpaqların münbitlik modeli-bitki məhsuldarlığının müəyyən səviyyəsinə uyğun gələn aqronomik cəhətdən əhəmiyyətli torpağın xassələri və rejimlərinin məcmusu hesab olunur. Bu istiqamətdə olan materiallara və respublikamızda aparılan torpaq-aqroekoloji tədqiqatlara, ayrı-ayrı regionların təbii şəraitinin təhlilinə əsaslanaraq, bitkilərin (taxıl, pambıq, üzüm, çay, meyvə, otlaq, meşə) tələbatından asılı olaraq müxtəlif torpaqlar üçün münbitlik modeli işlənmişdir.Məmmədov Q. Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı-"Elm"-1998. 280 s. Zonal əkinçilik sistemləri çərçivəsində münbitliyin idarə edilməsi əhəmiyyətinə görə Azərbaycan torpaqlarının xassələrinin faktiki və optimal parametrləri əsasında doqquz blokdan ibarət münbitlik modeli hazırlanmışdır: Aqroekoloji blok Torpaq tərkibi bloku Torpaq rejimləri bloku Torpaq xassələri bloku Qiymətləndirmə bloku Biometriya bloku Torpaq faunası bloku Aqromeliorasiya bloku Monitorinq bloku

Həmçinin bax Torpaq Torpaqşünaslıq

İstinadlar

Xarici keçidlər Torpağın ekologiyası

Kateqoriya:Torpaq Kateqoriya:Torpaqşünaslıq Kateqoriya:Fiziki coğrafiya Kateqoriya:Ekologiyanın bölmələri