Hafiz Məhərrəm oğlu Quliyev () — Azərbaycan Dövlət Akademik opera və balet teatrının baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru.Kərim, A. "Arşın mal alan"ın yeni Gülçöhrəsi: [Dövlət Akademik Opera və Balet Teatrında Hafiz Quliyevin hazırladığı tamaşada Gülçöhrə obrazı Xalq artisti Fidan Hacıyevanın ifasında] //525-ci qəzet.- 2015.- 3 dekabr.- S.7.
Həyatı Hafiz Quliyev 10 may 1960-cı ildə Cəbrayıl rayonu Quycaq kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirmiş və gənc mütəxəssis kimi Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına işləməyə göndərilmişdir.
1996-cı ildə o, teatrın baş rejissor vəzifəsinə təyin olunmuşdur.
Bu gün teatrın repertuarında özünəməxsus yer tutan S. Ələsgərovun "Solğun çiçəklər", Ü. Hacıbəylinin "Leyli və Məcnun", "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əsli və Kərəm", Z. Hacıbəyovun "Aşıq Qərib", F. Əmirovun "Sevil", Ş. Axundovanın "Gəlin qayası", R. Mustafayevin "Vaqif", Firəngiz Əlizadənin "Intizar", C. Cahangirovun "Xanəndənin taleyi", N. Əliverdibəyovun "Cırtdan", M. Kajlayevin "Valida", Ş. Musaoğlu "Beş qapı" əsərləri H. Quliyevin quruluşunda səhnəyə qoyulmuşdur.
H. Quliyev Mədəniyyət və İncəsənət Universitetində rejissor və aktyor sənətindən, Milli Konservatoriyada opera sinfindən dərs deyir, Dosentdir.
Eyni zamanda Ü. Hacıbəylinin məşhur "Arşın mal alan" əsərinə Ankara opera və Balet teatrında 2 dəfə 2003 və 2013-cü illərdə, Samsun Dövlət Opera və Balet tearında 2 dəfə 2009 və 2018-ci illərdə, Belarusiya Akademik Musiqili Teatrında, Çin Xalq Respublikasının Pekin Milli Operasında "Tiainqo" teatrında, Moskvada, Bolqarıstanda Kdjalı Dövlət Teatrında və Sofiya şəhərində, Ü. Hacıbəylinin "Leyli və Məcnun" Tacikistanın Düşənbə Akademik Dövlət Opera və Balet teatrında və b. teatrların kollektivinin iştirakı ilə və bir çox ölkələrdə tamaşalar qoymuşdur.
Çexiyada, Koreyada Beynəlxalq festivalda iştirak etmişdir, Beynəlxalq İpək yolu festivalı üçün 8 tamaşa hazırlamışdır. Bir çox Dövlət əhəmiyyətli tədbirlərin rejissoru olmuşdur.
2005-ci ildə H. Quliyev Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.
2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
2019-cu ildə Ü. Hacıbəyli mükafatına layiq görülmüşdür.
10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.
Filmoqrafiya Qız qalası (film, 2000)
İstinadlar
Xarici keçidlər İlham Namiq Kamal ilk dəfə opera səhnəsində
Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Musiqiçilər Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları