Dəstə düzü — Ordubad rayonu ərazisində düzənlik.
Ümumi məlumat Arazboyu düzənliklərdən biridir. Cənub-şərqdə Dəstə kəndindən başlayaraq Azadkənd kəndinin şimal kənarınadək 6 kilometr məsafədə uzanır. Zəif maili düzənlikdir. Vənənd və Düylün kəndlərinin gətirmə konuslarından təşkil olunmuşdur.Naxçıvan ensiklopediyası. II cilddə. I cild. Naxçıvan. 2005.
Bitki örtüyü Bitki örtüyü əsasən gəvən, yovşan, gəngiz və s. ibarətdir.
Torpaq örtüyü Dəstə düzündə yayılmış boz və çəmən-boz torpaqlarının xeyli hissəsinə Gilançaydan və Arazdan su çıxarılması burada bağçılığın və meyvəçiliyin inkişafına təkan vermişdir.
Həmçinin bax Ordubad rayonu Dəstə (Ordubad)
İstinadlar
Kateqoriya:Azərbaycan düzənlikləri