9x9 qısametrajlı bədii filmi rejissor Radmila Gordic tərəfindən 2013-cw ildə ekranlaşdırılmışdır. Film İtaliya ("Torre") və Azərbaycan (Nərimanfilm kinostudiyası) tərəfindən birgə istehsal edilmişdir. Film bir memarın taleyindən bəhs edir; Memar taleyi tamamilə başqa bir taledir. O, tez-tez bütün istedadını və ehtirasını özünün yaşamayacağı məkanların yaradılmasına sərf etməli olur! “9x9” bizim memarın öz evindən ofisə qədər olan səyahətindən bəhs edir. Filmdə Rüstəm Şəfiyev memarın kölgəsi rolunda çəkilmişdir. Film 2014-cü ildə XIII Mumbay beynəlxalq kinofestivalında "Ən yaxşı operator işinə görə” mükafata layiq görülüb.

Məzmun Film bir memarın taleyindən bəhs edir; Memar taleyi tamamilə başqa bir taledir. O, tez-tez bütün istedadını və ehtirasını özünün yaşamayacağı məkanların yaradılmasına sərf etməli olur! “9x9” bizim memarın öz evindən ofisə qədər olan səyahətindən bəhs edir. Biz yalnız onun kölgəsini görürük; onun qızmar günəş altındakı velosiped gəzintisi yaradıcılıq prosesinin dərinliyinə olan səyahətə çevrilir. Divarlar, küçələr, şən uşaq səsləri, qədim xarabalıqların müqəddəs sükutu, təzə yuyulmuş camaşır və ya təzə bişmiş çörək qoxusu, xüsusi işıqlandırma bizi yol boyu müşayiət edir və canlı iş materialına dönürlər. İndi bizə elə gəlir ki, bu velosiped səyahətinda biz onun arxasınca getmirik, tamamilə başqa bir yerdə, başqa bir ölkədə, başqa küçələrdəyik-onun düşüncələrinin küçələrində. O məhkum edilib və bu onun xoşuna gəlir. Memarın düşüncələri heç vaxt onu tərk etmir: o öz xüsusi dünya görüşünü və ömür yolunda yığdığı təcrübəni birləşdirərək böyük bir ideya yaratmağa çalışır: 9x9.

Festival və mükafat Film 2014-cü ildə XIII Mumbay beynəlxalq kinofestivalında "Ən yaxşı operator işinə görə” mükafata layiq görülüb.

Filmin üzərində işləyənlər Ssenarist: Radmila Gordic, Sonia Cugini Rejissor: Radmila Gordic Operator: Konstantin (Mindia) Esadze, Luca Coassin Prodüser: Nəriman Məmməodov, Radmila Gordic Bəstəkar: Marcello Gori

Rolda Rüstəm Şəfiyev — memarın kölgəsi

İstinadlar

Mənbə Nərimanfilm kinostudiyası

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2013-cü ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2013-cü ilin Azərbaycan filmləri Kateqoriya:2013-cü ilin İtaliya filmləri