Türkeş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1409,2 m).  Dərələyaz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-qapısı qolunun şərq istiqamətli şaxəsi olan Girdəsər silsiləsinin  suayırıcısında zirvə. Türkeş kəndindən 1 km cənub-şərqdədir. Orta Eosenə aid Paradaş lay dəstəsinin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb yamacı boyu şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulması keçir.

Həmçinin bax: Elti dağı Gendərə Gəlinqaya Cindağ (Şahbuz) Almalıdağ

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun dağları